Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Tutqun şüşədən həyətə baxdı. Bir çərçi öz arabasına portağal yükləyirdi. Qutudan götürdüyü portağalların irilərini sağ, xırdalarını isə sol tərəfə yığırdı. Sonra xırdaları arabanın içinə düzdü, iriləri də onların üstünə yığdı. Axırda ən irilərini düzdü və baxımlı bir piramida alındı. Balaca, kök oğlan boş qutuları zibil qabının yanına yığdı. Orada - divarın kölgəsində çürümüş limonlar vardı. Mövsümi rənglərin kollajı oğlanın qırmızı yanaqlarına bənövşəyi kölgə salırdı.
18 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.