Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

122 syf.
10/10 puan verdi
Hərbistan...
Salam, əziz 1000kitap ailəsi. Bu gün sizinlə gənc, amma bir o qədər də istedadlı yazarımızın kitabının incələməsini bölüşmək istərdim. Kitab gözləntilərimin qat-qat üstündə idi. İnsan bir anlıq düşünür; "Bu kitabı yazan doğrudan da 22 yaşlı Azərbaycan gəncidir mi? " deyə Əlbəttə çox sevindirici və qürurverici bir haldır. Kitabın adı yada üzqabığı ilə mövzusunun, daha dəqiq desək yazarın oxucuya çatdırmaq istədiyi fikirlərlə əlaqəsi belə yoxdur. Ümumi götürsək bəyəndiyim bir kitab oldu. Kitab doğrudan da xoşbəxtlik axtarışında olanlar üçündür. Obrazlar... Obrazların həyatları... Hekayələri... Getdikləri yerdə qarşılaşdıqları... Hamısı haqqında uzun-uzun yazasım var. Kitabın bu qədər öyrədici olacağı ağlımın ucundan belə keçməzdi. Başlıq...son... Hamısı o qədər mükəmməl idi ki, sanki illərin yazarının bir kitabını oxuyursunuz. Həyatda xoşbəxtlik verən şeylər çox kiçik parçalardadır...Bir yaxşılıq, bir gülümsəmə, bir gözəl baxış...Əslində elə xoşbəxt olanlar bu kiçik şeylərin hüzuruna varmış olanlardır. Əslində insanın xoşbəx olması üçün bir çox səbəb var, var, amma var olması bəs etmir onu görmək lazımdır. Bir kitabda oxumuşdum; "Mutluluk hep yanında, onu kaybetmedin....Sadece bakış açını yitirdin." deyə. Bir insan əslində xoşbəxt olmaq üçün çox şey istəməz... Bəzilərimiz sevdiyimiz musiqinin notlarında hüzur tapıb xoşbəxt olarıq... Bəzilərimiz rəsm çəkib, boyaların ahəngində "gerçək özümüzü" tapıb xoşbəxt olarıq... Bəzilərimiz kitab oxuyub, kitablardakı həyatlara şahidlik edib, obrazlarla empatiya qurub, insan olduğumuzu xatırlayıb xoşbəxt olarıq... Yada kiçik bir səyahət... Hətta Yunan mifologiyasında xoşbəxtliyə dair bir hekayəyə görə; Tanrılar, insanlar xoşbəxtliyi axtarsınlar və beləcə qiymətli olsun deyə gizlətməyə qərar verirlər. Biri deyir ki: "Göy üzündə gizlədək", Digəri: "Dənizin ən dibinə", Bir digəri isə "Meşənin ən dərinində gizlədək" deyir. Və sonda biri "Öz içlərində gizlədək, ora baxmaq ağıllarına gəlməz..." deyər... Xoşbəxtlik nədir? - Bu suala hər kəs fərqli cavab verər. Çünki həyatda ayrı-ayrı insanların baxış bucağı da müxtəlif olur, lakin hər bir insan xoşbəxt olmaq arzusu ilə yaşayır. Xoşbəxtlik məfhumu geniş bir məfhumdur. Onun konkret cavabı yoxdur. Bu anlayış nisbidir. Ayrı-ayrı insanlar xoşbəxtliyi fərqli şeylərdə görür. Birinə xoşbəxtlik üçün çoxlu pul, sərvət, digərinə təmiz, saf ailə sevgisi lazımdır. Bir şeirdə deyildiyi kimi:         Səadət hər kəsin öz əlindədir,         İşində, gücündə, əməlindədir.        Əlbəttə hamı eyni cür xoşbəxt ola bilməz. Hər kəsin öz açarı var və necə açmaq lazım olduğunu da yalnız özü bilir. Mənim fikrimcə, xoşbəxtlik, insanların haqqında nə düşündüyünə vec verməməkdədir... Kitabın mövzusu haqqında çox danışmaq olar, amma yeni başlayanlarında marağını öldürməyək ´◡` Qısaca onu deyim ki, əsərdə 8 fərqli ölkədən 8 fərqli əməkdaş eyni vaxtda, eyni yerdə "xoşbəxtlik axtarışı"na çıxırlar. Zaman və məkan eyni olsa belə, "axtarışın" sonunda hər biri xoşbəxtliyi fərqli yerlərdə, fərqli insanlarda görür... Kitabın mənə, nəyinki mənə bütün oxuculara qatdıqları üçün yazara -
Asəf Hüseynov
Asəf Hüseynov
dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, yazarımız bir kitabla kifayətlənməz. Yeni və daha gözəl kitablarda görüşmək ümidi ilə ❁ ´◡`
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202338 okunma
·
125 görüntüleme
Asav.Huseyn okurunun profil resmi
Bu gözəl bir o qədərdə mənalı incələməniz və kitaba verdiyiniz dəyər üçün təşəkkür edirəm. Kitabın insanlara bir şeylər qatdığını görmək məni həqiqətən xoşbəxt edir. Xoşbəxt bir adamın keçirdiyi hissləri ifadə etməsidə bir o qədər çətindir. Ona görə təşəkkürümün incələmənizin yanında kölgədə qalmasına görə gərək üzürlü sayasız. Bir sözlə çox sağolun. ✨
Lalə okurunun profil resmi
Asav.Huseyn
Asav.Huseyn
Əstəğfürullah, əsil mənim incələməm sizin kitabınız, oxuculara çatdırmaq istədiyiniz fikirlər yanında sönük qaldı, gərək ki, siz bunu üzürlü sayasınız ☺ Oxucuların kitab haqqında düşüncələrinə bu qədər önəm verməyiniz də bir başqadır. Bu təvazökar və centlmen xarakteriniz üçün isə ayrıca təşəkkür edirəm. Uğurlarınızın, davamlı, kitabınızın bol oxuculu olması diləyilə Uğurlar! 😊✨
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.