Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

564 syf.
·
Puan vermedi
O.Pamuk "Kafamda bir tuhaflık" 10/10 Modern dastan və sevgi hekayəsi deyə bəhs olunur bu romandan. Pamuk bu əsər üzərində 6 il çalışıb. Keçid dövrü yaşayan İstanbul,beyaz yakalılar,gecəqondular,şəhərə pul qazanmaq üçün gələnlər,eşqi qəlbən və qürurla yaşayanlar,müsəlman olmaq və ya müasir olmaq daha nələrrr nələr var bu romanda..... 555 səhifəlik bu romana baş qəhrəman Mövludun beynini ələ keçirən,qəlbini çuğlayan fikirlərlə başlayıb,elə eyni fikirlər və üstəlik yeni yaranan suallarla birgə bitiririk: "Tuhaflık bulaşıcı mı,yoksa şehrin genlerinde mi var?" Mövlud adlı qəhrəmanımız atası ilə birgə şəhərə küçə satıcılığı ilə pul toplamaq,əmisigil kimi şəhərə köçmək niyyəti ilə gəlir. Mövlud İstanbulu sevir,bozanı sevir,evinə qayıdarkən qəribə fikirlərin beynini çuğlamasını belə sevir. Mövlud işləyir,Mövlud yeni insanlar tanıyır.... Mövlud aşıq olur- bəs kimə? Mövlud evlənir -kiminlə? Əsərdə qəfil enişlər və yoxuşlarla qarşılaşırsınız... Halbuki cümlələr,monoloqlar sözə əsərin sakit olacağına dair əminlik bəxş edir... Pamuk qələminin özünəməxsus nişanları da bu əsərdə yer alır ki,siz bu nisanları yalnız bir neçə Pamuk əsərini oxumaqla görə bilərsiniz.....
Beynimdə Qəribəlik
Beynimdə QəribəlikOrhan Pamuk · Qanun Nəşriyyatı · 201513,4bin okunma
·
66 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.