Gönderi

420 syf.
·
Puan vermedi
Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb...
Bir neçə il öncə "Mənim payım"a mövzu və adda çox bənzəyən bir kitab oxumuşdum. İran həyatı... Bir mübarizin həyat yoldaşı olmaq... Övladlarını tək böyütmək... Çəkdiyi əziyyətlərin qarşılığında həyatın ona "hədiyyə"lərini qəbul edə bilmirdim. Məsuməni tanıdım, günəşli gündüzlərinə bürünüb gizlənən fırtınalı gecələrini gördüm. "Tək qalmaq daha çətin idi" dediyini eşitdim. Məsumə mənə öyrətdi ki, insan bütün çətinliklərin müqabilində güclü dayanmağı bacarır. Fərqi yoxdur, sevgi gördüyü üçün, ya məcbur olduğu üçün. Fərq ondadır ki, bu güc sevgidən gəlirsə, tükənmir, sona çatmır, haradasa dayanıb "daha bacarmıram" demirsən. Səbəbini bilmirəm, amma əsərin sonuna qədər Həmidi gözlədim mən. Gözlədim ki, gəlsin. Yox, sevdiyini deməsin. Deməsin ki, əslində onu sevirdi, amma mübarizəyə fəda etdi. Sadəcə daddırdığı təklik üçün üzr istəsin. Desin ki, Məsuməyə söylədiyi hər sevgisiz söz üçün, hər soyuq rəftar üçün qabaqcadan saatlarla hazırlaşırmış...
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,568 okunma
·
16 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.