Gönderi

Danışan Əllər
O, sirli sözlər ki, gəlməyir dilə Elə bil söyləyir bu axşam əllər. Öz doğma istisi, hərarətilə Dillənən barmaqlar, Danışan əllər. Gözlərdən süzülür Bir elə nur ki, Dinir od ürəkdən alışan əllər. Bəzən elə susur, Elə susur ki, Kobud bir ovuca sıxışan əllər. Titrəyir şam kimi İşıq saçdıqca, Gözəlin özünə yaraşan əllər, Pərişan telləri sığalladıqca Özü də kədərli, Pərişan əllər. Qu tək yumşaqmıdır, Süd tək ağmıdır? Küsüşən barmaqlar, barışan əllər. Mənə öz sirrini açacaqmıdır Danışan barmaqlar, Danışan əllər?
Sayfa 42 - LiderKitabı okudu
·
186 görüntüleme
M.zade okurunun profil resmi
Bir şeirə bütün duyğular necə sığdırıla bilinir...
Nahid okurunun profil resmi
Yazar da onu izah edir şeirində ki, sığdırıla bilinmir...🌿
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.