Bulanıq axdıqca gur seller, sular,
Uçar o kimsəsiz ev ki, yetimdir.
Yetimdir bəlalı hisslər, duyğular,
Qədri bilinmyən sevgi yetimdir.
Yerdə əl çatmayan, haray yetməyən,
Gülünü qış vurmuş bahar yetimdir.
Kimsə hüzuruna gəlib getməyən,
Dövrəsi ot basmış məzar yetimdir.