7/10
·308 syf.··
Beğendi
·
2023 26. kitabı
·
9 günde okudu
·
Okunma: 23 Kasım 2023 14:45
"Uzaq sahillərdə" tək-tük əsərlərdən biri oldu ki, mənimçün filmi daha güclü təsir bağışladı, nəinki kitabı. Əsərdəki hadisələr ardıcıllığı oxucunu həyəcanlandırmağı və növbəti səhifələri oxumaqçün maraq doğurmağı bacarsa da, dövrümüzdə bir qədər əhəmiyyətini itirmiş bəzi dəyərlər, misalçün, yoldaşlıq, sədaqət, bir-birinə dərin bağlılıq, qoruma, sevgi, hörmət, inam kimi möfhumlar ön plana çəkilib, insan münasibətlərində nə qədər önəmli rola malik olduğu göstərilsə də, əsərdə hadisələrin və duyğuların ifadə tərzi, bədiiliyi, təsir gücü bir o qədər də uğurlu deyildi, mənə görə. Amma yenə də, buna rəğmən, oxumağa dəyərdi. Müharibənin bütün çirkin, dəhşətli, qəddar, acı gedişatına qoşulmaq məcburiyyətində qalmış Mehdinin və yoldaşlarının azadlıq, səadət, həsrət dolu qəlbini onun çəkməyə çalışdığı, amma heç vaxt tamamlaya bilmədiyi rəsmi timsalında oxumağa dəyərdi.
Uzaq SahillərdəHəsən Seyidbəyli · Xan Nəşriyyatı · 201954 okunma
·
117 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.