Aytac Yusifova

Aytac Yusifova
@Aitadsch
Həkim
Tibb
Sigmaringen
108 okur puanı
Temmuz 2020 tarihinde katıldı
Sabitlenmiş gönderi
Əlbəttə, bizim kitablarımız vardır, lakin bu heç də canlı müsahibəni və ünsiyyəti əvəz etmir. Əgər belə bir müvəffəqiyyətsiz müqayisəyə icazə versəniz, cəsarətlə deyərəm ki, kitablar notdur, müsahibə isə mahnıdır.
Sayfa 30·Kitabı okudu

Aytac Yusifova

, bir kitap okudu
8/10
·320 syf.·
Beğendi
·
32 günde okudu
·
2026 6. kitabı
George Orwell
7.7/10 · 3.724 okunma
Bütün həqiqət əslində necə də sadədir və buna rəğmən onu tapmaq necə də uzun çəkir. Və mən bəlkə də hələ çox onun yamaclarında yolumu azardım, ovçu tələlərinə ya da düşmən minalarına qurban gedərdim, əgər ki Lüdviqin ölümü raket kimi önümüzdə partlayıb bizə doğru yolu göstərməsə idi. Görəndə ki, cəmiyyətimizin cərəyanı, ölümün uçurumtək dar kandarından qazandığımız həyatımızın iradəsi, yarımçıq doğruların və müştəbehliyin sınanmış formalarını bir kənara silib-süpürüb özünə yeni sahillər axtarmadı, əksinə unutqanlığın bataqlığında ilişib, ibarələrin dayazlığına axıb, şəraitin, qayğıların və peşələrin çuxurlarına töküldü, biz şübhəyə düşdük. Bugün mən bilirəm ki, həyatdakı hər şey bəlkə də bir hazırlıqdır və necə ki bir ağacın hüceyrələri və borucuqları ərşə can atan şirəni sadəcə qəbul edib irəli ötürməlidir, eləcə də bəlkə də bizim təklikdə, hər kəsin özü üçün öz hücrəsində gördüyü fəaliyyətindən bir gün nə vaxtsa günəşlənib pıçıldaşan yarpaqlar, tumurcuqlar və bir azadlıq doğacaq.
Sayfa 373·Kitabı okudu
Ola bilsin ki, çiyinlərim artıq yorulanda tez-tez çantamı kənara qoymalı olacağam; və çox vaxt, yəqin ki, hələ də yol ayrıclarında və sərhədlərdə tərəddüd edib bir şeyi geridə qoyub büdrəyib yıxılmalı olacağam, amma yenidən qalxmaq və aşağıda qalmaq istəmirəm, irəliləmək və geri dönməmək istəyirəm. Bəlkə də bir daha heç vaxt tamamilə xoşbəxt olmayacağam, bəlkə də müharibə bunu alt-üst edib və mən həmişə bir qədər yox olacağam və həqiqətən evdə olmayacağam; amma yəqin ki, heç vaxt tamamilə bədbəxt olmayacağam, çünki məni saxlayan bir şey həmişə olacaq, hətta bu, yalnız əllərim, bir ağac və ya nəfəs alan torpaq olsa belə.
Sayfa 374·Kitabı okudu
Gəncliyimizdə illərlə xəyalını qurduğumuz, müharibədəykən ümid etdiyimiz gözləntilər heç də tamamilə yerinə yetməyəcək. Amma daşlı və gözəl əraziləri olan, dağılmış hissələri, kəndləri və tarlaları olan, digər yollar kimi bir yol olacaq; iş yolu. Tək qalacağam. Bəlkə də bəzən müəyyən bir yolu qət edəcək birini tapacağam, amma bu əbədi olmayacaq.
Sayfa 374·Kitabı okudu