Mən indi dərk edirəm ki, mən niyə bu bitkin, zəif qadının gözündə digər əsgərlərdən fərqlənirəm: Mən onun övladıyam.
Mən əsgər olaraq da onun üçün həmişə bu cür qalmışam. O, müharibədə yalnız təhdid altındakını övladının canına qıymağa niyyətli bir cani yığını görürdü. Amma ağlına gəlmirdi ki, bu təhdid altındakı övladı digər anaların uşaqları üçün eyni dərəcədə onları öldürməyə niyyətli canilərdən biridir.
Baxışlarımı onun əllərindən öz əllərimə ötürürəm. Bu əllərlə 1917-nin mayında bir fransızı bıçaqla qətlə yetirmişəm…
Mən ona təsəlli verməyə çalışıram. O isə nəzərlərini kənara dikir. Mənim dediklərim onu qane etmir, amma ən azından məni yüngülləşdirir. Təsəlli həmişə belə olur.