Aytac Yusifova

Aytac Yusifova
@Aitadsch
Həkim
Tibb
Sigmaringen
108 okur puanı
Temmuz 2020 tarihinde katıldı
9/10
·504 syf.··
Beğendi
·
2024 15. kitabı
·
8 günde okudu
·
Okunma: 21 Temmuz 2024 21:10
Xalid Hüseyninin digər əsərləri ilə müqayisədə daha çox mənfi tənqidlərə məruz qalan "Və dağlardan səda gəldi" romanını illər sonra ikinci dəfə oxudum və bir daha nə qədər dəyərli bir əsər olduğunu anladım. Doğrudur, insan oxuduğu hər növbəti səhifədə ağrılı ayrılıq səhnəsinə şahid olduğu, bir-birinə o qədər bağlı bacı-qardaşla bağlı daha yaxın izlər axtarışında olur, amma bəlkə əsərin məğzi də məhz elə bundadır. Əvvəlcə onların hekayəsi ilə tanış olur, daha sonra isə onların gələcək həyatına az və ya çox miqdarda təmas etmiş hər kəs və hər şey haqqında yetərincə geniş məlumatlar oxuyur, onlarla çox yaxından tanış oluruq, axtardığımız insanları isə sanki bu uzaq əlaqələri yavaş-yavaş izlədikcə tapmış oluruq, eynilə onların da bir ömür bir-biri haqda xatirələri yaddaşının və qəlbinin - şüurlu və ya şüuraltı bir şəkildə - bir kənarında dəyərli bir varlıq kimi qoruyaraq daşıyıb, günün birində bir-birlərinə təkrar qovuşması kimi. Və onu da qeyd etmək lazımdır ki, əsərdə adıçəkilən hər bir obrazın hekayəsi özlüyündə çox incə, dərin, diqqətlə işlənmiş detallar ehtiva edir və hər biri ayrılıqda çox güclü bir mini klassik əsər olma potensialına sahibdir.
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201341,9bin okunma
9/10
·163 syf.··
Beğendi
·
2024 13. kitabı
·
4 günde okudu
·
Okunma: 16 Haziran 2024 21:25
Türk ədəbiyyatından oxuduğum azsaylı əsərlərdən biri olan "Kürk mantolu Madonna" mənə 3-cü dəfə oxumağıma rəğmən yenə dərindən təsir etməyi bacardı. Sanki rus ədəbiyyatı obrazları ilə bir yaxınlığı olan, melanxolik, tənha ruhunu bu dünyada bir nəfərdən başqa heç kəslə bağlaya bilməyən, hansısa bir naməlum "soyuqdəymə" xəstəliyindən əziyyət çəkən baş obraz – Raif Efendinin dərdinə şərik olmaq, onunla bu qədər yaxından tanış olmaq, ən məhrəm düşüncələrinə belə bələd olmaq, həyatda "onun kimi" insanların əslində necə ağlımıza belə gələ bilməyəcək dərin, özünəməxsus bir hekayələrinin olduğu düşüncəsini oxucunun beyninin bir kənarına yerləşdirə bilər, zənnimcə. Onun hamıdan qiymətli bir sirr kimi gizlətdiyi hekayəsinə maraq göstərən, onu tanımağa daha ilk gündən can atan, romanda adı belə keçməyən iş yoldaşının özünün də, kim bilir, nələr yaşadığı haqda düşünməyə sövq edə bilər hətta. Əsərin həyəcan doğuran hadisələr ardıcıllığı isə təhkiyəsinin təsir gücü ilə biraz da dəyərlənir, güclənir, onu oxunaqlı və axıcı, eyni zamanda düşündürücü edir. Və nə xoşdur ki, bu cür dəyərli bir əsər son illərdə geniş oxucu kütləsinə sahib olmağı bacarmışdır. Amma təssüf ki, bəziləri sırf son illərdə populyarlıq qazandığı üçün bu kitabı heç dərinliyinə varmadan, bəsit bir sevgi romanından artıq olmayan bir kitab kimi oxuyur, dərk edir və qəhvə bardağı ilə birlikdə şəkilini çəkməklə kifayətlənir.
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2025375,5bin okunma
8/10
·336 syf.··
Beğendi
·
2024 7. kitabı
·
7 günde okudu
·
Okunma: 17 Mart 2024 23:05
Təbiət elmləri haqqında orta məktəb biliklərindən əlavə çox da məlumatı olmayanlar üçün zaman-zaman anlaşılmaz cümlələr ehtiva etsə də, əsərin keyfiyyətinə söz ola bilməz. İki görkəmli alman maarifçilik nümayəndəsinin başına gələn əhvalatlarla, şəxsi həyatları, düşüncələri, yürütdükləri mühakimələr, elmlə ifrat dərəcədə, asılılıq səviyyəsində olan münasibətləri ilə yaxından tanış olmaq böyük bir zövq idi, fikrimcə. Bu əsər adi bir macəra romanından çox daha artığıdır, yazıçının ifadə tərzi isə olduqca xoşagələndir, uğurludur, baxmayaraq ki, tərcüməçi tərcümə prosesində mümkün qədər müəllifin yazı manerasını saxlamağa çalışdığını, amma azərbaycanca səlisliyini itirməsin deyə dilin qrammatik-sintaktik ifadə vasitələrinə uyğunlaşdırmalı olduğunu qeyd edib. Buna rəğmən, istər oxucunu həyəcanlandırmağı, istərsə də müəyyən mətləblər üzərində düşündürməyi bacardığını nəzərə alsaq, orijinallığından çox bir şey itirmədiyini düşünürəm.
Dünyanın arşınıDaniel Kehlmann · Teas Press · 0169 okunma
9/10
·335 syf.··
Beğendi
·
2024 6. kitabı
·
10 günde okudu
·
Okunma: 07 Mart 2024 15:44
Səriştəsiz birinin qələmindən çıxsaydı, bəsit bir macəra romanından artıq ola bilməyəcək bu əsər Cek Londonun əvəzsiz üslubu ilə hətta dünya klassiklərinin bəzilərini kölgədə qoya biləcək səviyyəyə çatmışdır. İnsanın daxili aləmi, düşüncələri, hissləri kimi mücərrəd anlayışları bu qədər mükəmməl tərzdə qələmə almağı bacaran yazıçı bu əsərdə o qədər dərin obrazlar yaradıb ki, bütün əsər başdan-sona onların dialoqları və monoloqları üzərinə qurulsaydı belə, oxumağa dəyərdi. Əsər isə olduqca dolğundur. Heyrətamiz güc, bu gücün qarşısında əzilənlər, savaşanlar, məğlub olanlar, sayəsində öz ayaqları üzərində durmağı bacarmağı öyrənənlər, əxlaqi dəyərlər və onlarla mühitin yaratdığı məcburi vəziyyətlərin çəkişməsi, nifrət və mərhəmət, qorxu, məhəbbət, yaşamaq eşqi və bunun uğrunda əbəs yerə olub-olmamasından asılı olmayaraq mübarizə. Əsərdə, demək olar ki, yox yoxdur. Və onu oxuduqca, belə fərqli bir baş obrazı tanıdıqca, bir daha "niyəmi Cek London?" sualının cavabı öz-özünə aydınlığa qovuşur.
Dəniz CanavarıJack London · Qanun Nəşriyyatı · 20218,2bin okunma
9/10
·308 syf.··
Beğendi
·
2024 4. kitabı
·
4 günde okudu
·
Okunma: 22 Şubat 2024 17:33
Bir əsər düşünün ki, sizə xalqınızın mərdlik, igidlik, kişilik adıyla törətdiyi vəhşilikləri, dini ayrıseçkilik, guya milliyyətçilik ideyaları kimi dəyərləri bir uşağın gözlərindən görməyə imkan
Geriyə Baxma, Qocaİlyas Efendiyev · Kitab Klubu Nəşriyyatı · 2017239 okunma