-Onlar boş ritorikalarını, şöhrət ehtiraslarını, güc iradələrini, yalançı romantizmlərini, axmaqlıqlarını, qazanc hərisliklərini vətənpərvərlik sözünə sığışdırdılar və sonra bunu bizə parlaq bir ideal kimi təqdim etdilər! Və biz bunun yeni, güclü, qüdrətli mövcudluğumuza qarşı bir çağırış olduğuna inanırdıq! Və atılan hər mərmi bizim özüçüzə qayıtdı! Qulaq as: Dünya gəncləri yola düşdülər və hər ölkədə azadlıq uğrunda mübarizə apardıqlarına inandılar! Və hər ölkədə onlar aldadılıb və sui-istifadə edilib, hər ölkədə ideal əvəzinə maraqlar uğrunda mübarizə aparıblar, hər ölkədə güllələnib, bir-birlərini məhv ediblər! Başa düşmürsən? Yalnız bir döyüş var: yalana, yarımçıqlığa, güzəştə və qocalığa qarşı!
Amma biz özümüzü onların boş ifadələrinin tələsinə saldıq və onlara qarşı deyil, onlar üçün vuruşduq. Bunun gələcəklə bağlı olduğunu düşündük! Amma gələcəyə qarşı idi.
Bizim gələcəyimiz ölüdür, çünki onun sahib olduğu fəzilət ölüdür. Biz qalıqlardan başqa bir şey deyilik. Amma digərləri, məmnun olanlar, indi daha məmnun bir şəkildə yaşamağa davam edirlər. Narazılar, sıxışanlar, dəlisovlar bunun üçün öldülər! Bir düşün! Bir nəsil məhv oldu! Ümid, iman, iradə, güc və qabiliyyət nəsli elə hipnoz edildi ki, bütün dünyada eyni məqsədləri paylaşsa da, özünü parça-parça etdi!