Gönderi

Hitler obyektiv və reallaşdırmaq üçün münasib hesab etdiyindən kitablardan seçdiyi bütün fikirləri həyata keçirməyə, həqiqəti həyatın dəyişdirdiyi mənəvi dünyasının dar çərçivəsinə sığışdırmağa çalışırdı. O, texniki və təbiət elmləri fonunda açıq-aşkar XIX əsrin mənəvi və elmi nailiyyətlərinin təsirini əks etdirən optimist baxışlara əsaslanmaqla, məqsədlərinə nail olacağına şübhə etmirdi. Hitler ənənəvi anlayış və baxışlara yeni məna vermiş, yeni amallar yaratmış, öz fikirlərini müqəddəs, özünü isə Tanrının vasitəçisi adlandırmış, müharibə elan etmiş (olduqca tez), çox sayda yəhudini zərərli həşərat kimi qırmış, azadlıqdan məhrum etmiş, çox sayda kişini axtalatdırmış, qadınları dölsüzləşdirmiş, xəstələri öldürmüş, kilsə ilə mübarizə aparmış, ədliyyəni kor-koranə özünə tabe etdirmiş, ictimai rəyi, incəsənət və memarlığı reqlamentə tabe etmiş, kütlələrə hökm edərək burjuaziya əxlaqının tənəzzülünə səbəb olmuşdu O, olduqca çox sayda kobud səhvə yol verməsinə, obyektiv reallığı yanış qiymətləndirməsinə və dünyada qarşıdurma yaratmasına baxmayaraq, çox sayda heyrətamiz uğurlara imza atmağa da nail olmuşdu. Hitlerin xüsusi fərdi, milli və beynəlxalq keyfiyyətləri, qeyri-adi cazibə qüvvəsi, olduqca güclü iradəsi, hakimiyyəti saxlamaq, dünya ictimaiyyətinə yanlış məlumat ötümək, insanları özünə tabe etdirmək, onlara ümid və qürur vermək, yeni cəlbedici dünya vəd etmək və həqiqətən bir çox yaxşı töhfələr bəxş etmək, özünü xalq iradəsinin mücəssəməsi kimi göstərmək bacarığı ağlına və reallıq hissinə üstün gəlmişdi.
·
1 plus 1
·
134 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.