Gönderi

O, (Hitler) ömrünün sonuna qədər 1924-cü ildə "Mayn kampf"da söz verdiyi kimi, hələ gənclik illərində formalaşmış dünyagörüşünə və siyasi düşüncə kateqoriyalarına sadiq qalmışdı. Siyasətçi olduğu zaman daim hakimiyyətə can atması və onu əlində saxlamağa çalışması tamamilə təbiidir və buna görə onu günahlandırmaq olmaz. Hakimiyyətsiz siyasət və müvəffəqiyyətsiz hakimiyyət uzun müddət mövcud ola bilməz. Lakin onun siyasəti insanlara qarşı düşmən mövqeyi tuturdu, qeyri-insani və öldürücü idi, üstəlik də o, öz qanuni hakimiyyətindən sistematik şəkildə təsəvvürlərini həyata keçirmək üçün, taktiki sərbəstlik əldə etmək və normal vəziyyətdə tabe olmalı olduğu bütün qaydaları pozmaq məqsədilə istifadə edirdi. Hakimiyyətə meyilli siyasətçi kimi gözü doymayan Hitler daha çox gücə sahib olmağa çalışırdı və onun bu istəyi xəstəliklərin təsiri altında daha da artmışdı. Onun artıq əldə etdiklərini uzun zaman saxlamaq iqtidarında olmaması bu cür siyasətin labüd nəticəsi idi. Beləliklə, xüsusən də istər ölkə daxilində, istərsə də beynəxalq səhnədə daim öz təşviqatları üçün yeni məqsədlər axtarması nəzərə alınarsa, Hitlerin müəyyən vəziyyətlərdə əldə etdiyi siyasi və hərbi uğurlar son nəticədə xəyala çevrilməli idi.
·
1 plus 1
·
68 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.