Gönderi

Hitler altı il altı ay ərzində fövqəladə səlahiyyətlərin verilməsi haqqında qanun qəbul etmiş (24.03.1933), Almaniya ərazisində yəhudilər üçün cəhənnəm yaratmış, həmkarlar ittifaqlarını ləğv etmiş (02.05.1933), siyasi partiyaları fəaliyyətlərini dayandırmağa məcbur qoymuş (1933-cü ilin iyun-iyul ayları), Almaniya və papa kuriyası arasında konkordat bağlamış (22.07.1933), "reyxin dirçəlməsi haqqında" qanun imzalamış (30.01.1934), SA-nın əsas statusa malik olmaqla bağlı iddialarını rədd etmiş (30.06.1934), özünü fürer və dövlət kansleri elan etmiş (02.08.1934) və vermaxtın "alman xalqının və reyxin füreri Adolf Hitlerə" sadiq olmaq haqqında andını qəbul etmişdi. O, 19 avqust 1934-cü ildə referendumda səslərin 90 faizini, 13 yanvar 1935-ci ildə Saar vilayətində isə səslərin 91 faizini toplamış və Millətlər Liqasının Saarın Almaniyaya qaytarılması haqqındakı qərarını da qələbələri siyahısına əlavə etmişdi. 16 mart 1935-ci ildə ümumi hərbi mükəlləfiyyət təyin etmiş, 7 mart 1936-cı ildə isə qoşunlarını demilitarizasiya edilmiş zonaya daxil edərək Reyn vilayətində tam hərbi suverenliyi bərpa etmişdi. O, Avstriyanı və Sudet vilayətini Almaniyanın tərkibinə "qaytarmış" (1938-ci ilin mart ayından oktyabr ayına qədər), 1939-cu ilin mart ayında isə protektorat yaratmaqla Bohemiya va Moraviyani işğal etmişdi.
·
1 plus 1
·
174 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.