Gönderi

296 syf.
7/10 puan verdi
·
Liked
·
Read in 6 days
Əyləncəli bir kitab tövsiyəsi
Əsər bir insanın Riyazi bir nəzəriyyənin isbatını tapması ilə başanan zəncirvari hadisələr silsiləsidir. Bu nəzəriyyə elə bir nəzəriyyədir ki bununla insan işıq sürətindən sürətli hərəkət edə planetdən kənara, digər planetlərə və qalaktikalara səyahət edə bilər. Lakin bu yolverilməzdir. İnsanlıq tarixinin başından bu günə dək insanları izləyən yad planetlilər nəzəriyyənin isbatı ilə hərəkətə keçir ilk olaraq professoru aradan götürür daha sonra isə onun yerinə digər yadplanetlini göndərir. Onun vəzifəsi araşdırmalar aparmaq və nəzəriyyənin isbatı barədə məlumatı olan şəxsləri aradan götürmək və insanın planetdən kənara çıxmasının qarşısını almaqdır. Əsər ümumilikdə insan olmayan birinin insanlar arasına düşməsi, onlar ilə ilkin tanışlıq və zamanla insanlar arasında dəyişən düşüncələrin təsviridir. Ümumiyyətlə əsər gülməli bir əsər olsa da bəzən insanlar haqqında mənfi və anlaşılmaz düşüncələri və qaranlıq insanlıq tarixini də insanların üzünə vurmaqdan çəkinmədən ustalıqla yazılmış bir əsərdir. Əsəri bənzədə biləcək bir digər əsər yoxdur öncədən oxuduğum və ya dinlədiyim əsərlərdən biraz fərqli (gülməli) bir əsərdir. 10 bal üzərindən 9 deyə bilərəm.
İnsanlar
İnsanlarMatt Haig · Domingo Yayınları · 20237.1k okunma
·
22 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.