Gönderi

İnsan necə bir varlıqdır ?
Puan vermedi·304 syf.··
2023 32. kitabı
·
25 saatte okudu
·
Okunma: 28 Kasım 2023 22:36
Kitabı aylar öncə alsamda oxumağ üçün cəsarətim yox idi. Və sonunda özümdə o cəsarəti tapıb bir yerdən başladım. Necə başladım necə bitirdim hələdə anlamış deyiləm. Sadəcə dəhşət içində olduğumu deyə bilərəm. Əsər Bosniya müharibəsi zamanı 16 yaşlı qızın tükürpədici və ürəkparçalayan hekayəsindən danışır. Leyla hər gənc qız kimi öz xəyalları olan və təhsilinə önəm verən bir qızdır. Axı hardan bilə bilərdi ki, o xəyallardan çox uzaqda və acınacaqlı həyat onu gözləyir. Müharibə çox çətindir bunu hər birimiz bilirik. Ancaq qadınlar və uşaqlar üçün isə tamamilə dözülməzdir. Leyla isə buna dözdü. Çünki başqa çarəsi yox idi. Onu ayaqda saxlayanda elə o bitmək- tükənmək bilməyən ümidləri oldu. Kitabı oxuduqca bir daha anladım ki, insan necədə vəhşi bir varlıqdır. Kitabı tövsiyyə etməyə gəlsək həssas insanların oxumağı özləri üçün yaxşı olmaz deyə düşünürəm.
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20178,9bin okunma
·
613 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.