Gönderi

304 syf.
·
Not rated
·
Read in 25 hours
İnsan necə bir varlıqdır ?
Kitabı aylar öncə alsamda oxumağ üçün cəsarətim yox idi. Və sonunda özümdə o cəsarəti tapıb bir yerdən başladım. Necə başladım necə bitirdim hələdə anlamış deyiləm. Sadəcə dəhşət içində olduğumu deyə bilərəm. Əsər Bosniya müharibəsi zamanı 16 yaşlı qızın tükürpədici və ürəkparçalayan hekayəsindən danışır. Leyla hər gənc qız kimi öz xəyalları olan və təhsilinə önəm verən bir qızdır. Axı hardan bilə bilərdi ki, o xəyallardan çox uzaqda və acınacaqlı həyat onu gözləyir. Müharibə çox çətindir bunu hər birimiz bilirik. Ancaq qadınlar və uşaqlar üçün isə tamamilə dözülməzdir. Leyla isə buna dözdü. Çünki başqa çarəsi yox idi. Onu ayaqda saxlayanda elə o bitmək- tükənmək bilməyən ümidləri oldu. Kitabı oxuduqca bir daha anladım ki, insan necədə vəhşi bir varlıqdır. Kitabı tövsiyyə etməyə gəlsək həssas insanların oxumağı özləri üçün yaxşı olmaz deyə düşünürəm.
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177.5k okunma
·
429 views
Zəhra Hadıyeva okurunun profil resmi
Mənə də tövsiyə etmirdilər, amma bir müddət sonra oxumuşdum. Çox təsirləndim bu hadisələrin yaşanılmış olması faciədir... Dəhşətdir! Müharibə, əlbəttə, pisdir, lakin bu müharibədən daha artıqdır. Vəhşilikdir..
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.