Onun xüsusiyyəti nədir? Ona niyə dövran deyilir? Kainatın dövr etməsini xatırladan bir hərəkətdir, yəqin...
Dövran dövr etmək sözündən gəlir. Necə ki, külli-kainat dövr etməkdədi, o da eləcə. Aləmlər dairəvi, kürə şəkilli olduğu üçün zikr də dairəvi olur. Seyri-sülukun da dövrü var. İnsanın bu dünyaya gələrək aləmləri dövr edib, sonra təkrar oraya döndüyü kimi seyri-sülukun da tamamlanması bu söhbətə mövzu ola bilər. Bütün zərrələrin bir nüvə ətrafında fırlanması hamımıza məlumdur. Bütün varlıqlar, bütün zərrələr, bütün molekullar bu şüurla dövr edir.
Külli-kainat, bütün qalaktikalar, planetlər, ulduzlar, səmazənlər...
Haqqında bildiyimiz, bilmədiyimiz bütün aləmlər ilahi cazibəyə tabedir, o yaradılışın ətrafında dolan Həzrət da bizə bunu başa salırdı.