Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

"Daim öz arvadını, qızını, bacısını, əziz bildiyin bir insanı yanında hiss etməkdən böyük bir xoşbəxtlik nə ola bilər? Həm də onun sizin yanınızda olmağına səbəb sizin ona möhtac olmağınız, onun da sizsiz yaşaya bilməməsidir. Siz onun məhəbbətini daim sizə sərf etdiyi vaxtla ölçə bilərsiniz və daim düşünə bilərsiniz ki, "o bütün vaxtını mənə həsr edir, deməli, onun könlü tam mənası ilə mənə bağlıdır". Üzünü görə bilmədiyi üçün fikirlərini görmək, bu vəfasız dünyada sevdiyin bir insanın vəfa və sədaqətinə inanmaq, qanadların səsi kimi paltarının xışıltısını eşitmək, onun necə içəri daxil olub, necə bayıra çıxdığını, necə hərəkət etdiyini, danışdığını, oxuduğunu duymaq, bu addımların, bu sözlərin, bu nəğmənin qayəsi özünüz olduğunu bilmək, hər dəqiqə öz şəfqət və məhəbbətini göstərə bilmək, vücudunuz zəifləşdikcə özünüzü daha qüvvətli hiss etmək, qaranlıqda, məhz qaranlıq sayəsində bu mələyi cəzb edən bir günəşə çevrilmək- bu elə bir sevincdir ki, yer üzündə heç bərabəri yoxdur. Həyatın ən ülvi səadəti sevildiyinizə əmin olmaqdır, sizi öz xatirinizə, daha doğrusu, sizdən asılı olmadan sevməkdir. Kor adamlar da buna əmindirlər. Dərin bir ümidsizlik içində sizə qarşı qayğı çəkildiyini duymaq nəvaziş duymaq deməkdir. O, bir şeydən məhrum edilmişdimi? Xeyr. Onun məhəbbəti var, demək, onun gözləri nursuz deyil. Həm də necə bir məhəbbət! Bütün varlığı yaxşılıqla aşılanmış bir məhəbbət! Əmniyyət olan yerdə insan öz korluğunu hiss etməz. Bir qəlb başqa bir qəlbi görmədən belə axtarıb tapa bilər. Tapılan və sınaqdan çıxarılan qəlb isə qadındır. Sizi bir adamın əli qoruyur. O da həmin qadının əlidir; sizin alnınızdan öpən dodaqlar həmin qadının dodaqlarıdır; siz lap yaxınlıqda kiminsə xoş nəfəsini duyursunuz- bu da qadının nəfəsidir. Qadının pərəstişkarlığından başlayaraq onun mərhəmətinə qədər hər bir şeyə sahib olmaq, yalqızlıq nə olduğunu heç vaxt duymamaq, onun itaətkarlığından və zəifliyindən qüvvət almaq, bu əyilmək bilməyən nazik ağaca söykənmək, öz əllərinizlə öz səadətinizə toxunmaq, onu bağrınıza basmaq... Aman Allah, bundan da böyük səadət olarmı?! Göylərin müəmmalı bir çiçəyi olan qəlb sirlər içində yüksəlir, canlanır. Siz bu qaranlığı yer üzünün bütün işıqlarına dəyişməzsiniz. O mələk qəlbli insan daim burada, daim sizin yanınızdadır. O, yanınızdan çəkilərsə, yenə sizin yanınıza qayıtmaq üçün çəkilir. O, bir yuxu kimi yox olur, həqiqət kimi doğur. O sizə yaxınlaşdığı zaman bədəninizin isindiyini hiss edirsiniz. Ürəyiniz şadlıq, fərəh, nurla dolur. Siz qaranlıq bir gecədə günəş kimi parlayırsınız. Hələ qayğılar, sizin üçün çəkilən minlərlə qayğılar! Bunlar bu geniş səhrada böyük yer tutan cüzi şeylərdir. Qadın səsinin ən incə, ən zəif ahəngi sizə dərin bir təsəlli verir, məhrum olduğunuz kainatı əvəz edir. Siz qəlbin nəvazişini duyursunuz. Siz heç bir şey görmürsünüz, yalnız bir qadının sizə pərəstiş etdiyini hiss edirsiniz. Bu, qaranlıqda bir cənnətdir"
Sayfa 141 - IV FƏSİL. Cənab Madlenin yas saxlamasıKitabı okudu
·
56 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.