10/10
·268 syf.··
2023 11. kitabı
#Müəllimlərə,#Valideynlərə ,#Böyüklərə #tövsiyəkitab , #uşaqpsixologiyası Bir terapiyanın roman təəssüratı buraxacağı ağlıma da gəlməzdi. Ancaq kitabda uşağın dedikləri nöqtəsinə kimi terapiyada birə bir səsləndirdiyi fikirlərdir. Bəzi yerlərdə uşağın böyük ya kiçik olduğunu qavramam itirdi. 6 yaşda fikrini mükəmməl ifadə edəcək uşağa nadir rast gəlmişəm. Dibs üstün zəkalı, zəkasıyla seçilən xüsusi uşaqdır. Bunu da həkim olan anası və elm adamı atasından, sonra da onların emosiyalardan yoxsul şəkildə verdiyi təhsildən qaynaqlandığını düşündüm. Bir ana, bir ata övlada necə zərər verə bilər,ona nümunədir. Bəzən ata-ananın etdikləri danılmaz olsa da, sonrakı gedişatda onlara övladın yanlış davranışı qeyri-adi gəlməməlidir və ya övladını qınamamalıdır məncə. Böyüklər özünün və dünyaya gətirdiyi övladın məsuliyyətini daşımalıdı, övlad isə öz gələcəyinin məsuliyyətini daşımalıdır. Sevgi, dəyər verib, ancaq övladdan şəxsi dəyərlərə əsaslı gözləntidə olmaq nə dərəcədə doğrudur,bu sorğulanmalıdır məncə.
Benliğini Arayan ÇocukVirginia M. Axline · Panama Yayınları · 20183,945 okunma
·
22 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.