Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

424 syf.
·
Puan vermedi
SPOİLƏR
Məktubda imza yox idi, lakin kağızın sonunda hələ uşaqkən bir yerdə öyrəndikləri kiçik bir şeir parçası yazılmışdı: Mən xoşbəxt bir kəpənəyəm, Ağlasam da, gülsəm də, Yaşasam da, ölsəm də…” Bəlkə də, o, uşaq vaxtı düşündüyü kimi xoşbəxt bir kəpənək ola bilmədi. Üzü də çox gülmədi onun,çünki unutduğu bir şey var idi.Kəpənəklərin ömrü cəmi bir neçə gün olur.Həmin günlərdə də o "həyatda qalmaq" üçün o qədər vuruşur ki,xoşbəxt olmaq yadına belə düşmür.Xoşbəxt bir kəpənək olmasa belə,məğrur,mərd,sadiq və mübariz bir kəpənək olur... Əsər 19cu əsrdə cərəyan edir.Onun ilk hissəsində varlı Bertonlar ailəsinin son övladı olan Artur Bertonu görürük.Artur şən,gülərüz,ağıllı,oxumağı sevən biri olaraq təsvir edilir.O sevir,sevməyi bacarır.Anasını,Cemmanı(Onun Cim'ini),vətənini və nəhayət Padresini sevir.Sonsuz güvənir.Özünün də dediyi kimi hətta padresini "Allah" qəbul edir.Amma neynəmək olar hər şey sevgi deyil)Sevməklə hər şeyi düzəltmək,ən başından başlamaq olmur.Artur "Gənc İtaliya" adlanan təşkilata üzv olur.Və bundan sonra təəssüf ki,biz giriş hissədə tanış olduğumuz Arturu birdə görə bilmirik.Acımasız həyat və ondan da qəddar olan insanlar Arturu yox edir.Onun son qırıntılarını belə "udurlar". Əsərin ikinci hissəsində isə Feliçe Rivares-Ovod obrazı ilə qarşılaşırıq.Ovod travmaları olan,gülməyi unutmuş,içində görünənlərdən daha artıq incidən yaraları olan biridi.Rivares Ovod təxəllüsü ilə kəskin tənqidi yazılar yazan bir siyasətçidi.Bir gün iş elə gətirir ki,Cemma və Montanelli ilə qarşılaşır.Və bundan sonra hadisələr fərqli cür cərəyan edir. Şəxsən mən əsəri çox çox sevdim.Əsl "duzlu kitablar" seriyasından idi.Voyniçin qələmindən oxuduğum ilk əsər olmasına baxmayaraq o qədər sevdim,o qədər mənimsədim ki,sözlərlə ifadə edə bilmərəm.Voyniç həm mükəmməl bir hekayə yaradıb,həm həyatdan nümunə gətirib(O Ovod obrazını Cüzeppe Qaribaldi və Cüzeppe Madzini kimi italyan inqilabçılarının həyatlarından təsirlənərək yaradıb) .Həmçinin Voyniç əsərdə mükəmməl detaylara yer verib. Əsərin adı isə məncə elə ən böyük və ən maraqlı detay idi.Əsərin əsl adı "Mozalan" olmalıdır.Sadəcə nəşriyyatda onu ya "Ovod" ya da "At milçəyi" olaraq nəşr edirlərOvod daha çox istifadə edilir.Hansı ki ədəbiyyatda kəskin satirik yazılar yazdığı üçün elə obrazın adına müraciət edirlər.Ancaq mən əsəri bioloji tərəfdən də təhlil etmək istəyirəm.Hərçənd Voyniç görsəydi deyərdi "Əsərimdən əl çək!" :) Mozalan ikiqanadlılar dəstəsinin nümayəndəsidi.Göyünlərə çox oxşayır.Ancaq mozalanın yetkin fərdi parazit deyil və ağız aparatı yoxdur.Mozalan sürfələri dərini deşərək xaric olur,sonra pup mərhələsi keçirir.Ən sonda isə yetkin fərdə çevrilir.İndi deyirsiz ki bunların əsərlə nə əlaqəsi var?) Məncə bu əsərdə göyünlər Arturu yox edən,onun həyat eşqini söndürən hər kəsdi.Xüsusilədə onu həbs edib əziyyət verən palkovnik) Mozalansa sadəcə və sadəcə Rivaresdi.Onlar dərini deşir. Hansı ki, Artur ona deyilmiş yalanları öyrənəndə İsanın çarmıxa çəkilmiş şəklini parçalayır. Düşüncələri alt üst olur. Yəni adət etmiş olduğu qabıqdan çıxmağa məcbur olur.O öz "dərisini" deşərək xaric olur. Sonra Artur Cənubi Amerikaya gedir və yaşamağa çalışır. Nə qədər yaşaya bilirsə artıq. Pup mərhələsi budu)Pupda kənardan heç bir qida olmur. Sürfə ancaq özündə olan ehtiyat qida maddəsi hesabına yaşayır.Eynilə Arturun tək başına mübarizə aparması kimi.Burda artıq Artur Rivaresə çevrilməyə başlayır. Və nəhayət yetkin fərd mərhələsi başlayır.Yetkin fərdin ağzı olmur.Halbuki qan sormağı bacarır) Eynilə Rivares kimi.Kəskin satirik yazılar yazaraq istədiyini əldə edən Rivares... DETAYLARA GƏLİN: DETAY 1.Cemma və Ovod ilk dəfə qonaqlıqda qarşılaşdılar.Ayrılana yaxın Cemmanın şərfi yerə düşür.Rivares əyilib onu götürür və düşünür ki,Cemmanın iri mavi gözləri yaddaş çiçəyinə bənzəyir.Bu çiçək "unutma məni" adı ilə də tanınır. Rivaresin onun gözlərini yaddaş gülünə bənzətməsi mükəmməl detay idi.Hansı ki Cemma hirslənəndə gözlərini qısır və Rivaresə baxmırdı.Bu da yəqinki onun gözlərini kiçik göstərirmiş)Həmdə Artur yəqinki Cemmanın onu unutmasını istəməzdi.Unutma məni çiçəyinin hekayəsi ; "Şövalye ve sevgilisi nehir üzerindeki köprüyle yürüyorlarmış.Birden kız nehrin kıyısında minik mavi çiçekler görmüş.Şövalyenin sevgilisi bu çiçeği çok beğenir.Bunun ardından sevgilisi için Şövalye çiçeği nehirden almak ister. Ancak almaya çalışırken nehre düşer. Akıntıya kapılan şövalye çiçeği sevgilisine doğru atar ve ardından “Unutma Beni" diye bağırır. O günden sonra unutma beni çiçeği olarak anılır. Yaddaş çiçəyi - Unutma məni. Alimlərin araşdırmaları zamanı məlum olub ki, təbiətdə mövcud olan bir sıra güllər, ağaclar, çiçəklər qeyri-adi şəkildə insanların reaksiyalarını özündə əks etdirə bilirlər. Praktik olaraq hər gülün adının bir mənası vardır. Məsələn, Yaddaş çiçəyi "unutma məni". Bu gülün adı müxtəlif dillərdə müxtəlif formalarda yazıla bilər. Təbii ki, mühitinə görə hər ölkədə fərqli yetişir. Lakin mənası dəyişməz olaraq qalır. İnsanların hissiyyatını duyaraq onlara reaksiya verə bilən bu çiçəklər əgər əlinizdə tutduğunuz zaman sizin mənfi enerjinizi duyarsa dərhal ləçəklərini qapadaraq küsür." Hekayə və Ovod çox oxşardı.Axı Artur da özünü çaya atan zaman Cemmanın onu unutmasını istəmirdi... DETAY 2.Əsərin giriş hissəsində Artur saf,inanclı,şən və gülərüz olur.Hansı ki,öz padresi ilə şirin şirin söhbət edir,ona dərdini danışır.Bu vaxt arxada çiyələk satanın səsi gəlir. Sonra bezmiş,travma almış,içindəki yaraları görünənlərdən qat qat dərində olan Artur Montaelli ilə görüşəndə məhz bu hissə yenidən yadına düşür.Çiyələk burda ən önəmli detaydı."Çilek, ortaçağda kalp şekilli biçiminden dolayı tutkunun sembolü idi. Kimilerince San Francesco Sale'in bir yazısında anlattığı gibi toprakta büyüyen ve yılanlar ile diğer sürüngenler tarafından ezildiği halde onların zehrini özümsemeden saflığını koruyan çilek, masumluğun simgesi idi." İndi ən maraqlı sualı soruşuram :)Sizcə məsumluğunu itirən Ovod idi yoxsa Montaelli?) DETAY 3.Zitta Ovodu tərk etməzdən əvvəl onlar həyətdə otururlar.Zitta Ovoda gitarada mahnı çalır.O həmin ifanı sarmaşıqla əhatə olunmuş divarın üzərində ifa edir.Zitta Ovoda olan sevgisini etiraf edib yox cavabı alanda həmin sarmaşıqları parçalayır.O sarmaşıq ki,Ovod həbsxanadan qaçmaq istəyəndə ona mane olur) Eyni sarmaşıq həbsxana divarında da təsvir edilib.Və ovod məhz eyni cür təsvir edilmiş sarmaşığa ilişdiyi üçün divardan yıxılır və həyətə düşür.Sonra da ürəyi tutur onsuzVə beləliklə sarmaşıq onu sözün əsl mənasında sarmalamış olur "Sarmaşık sonsuzluğu, sonsuzluğu, inancı, bağlılığı ve sadakati sembolize eder. Aynı zamanda sevdiklerinize, ortaklarınıza veya arkadaşlarınıza bağlılığı, bağlılığı ve sevgiyi temsil eder."Yəqinki Ovod Zittanın bağlılığını parçaladığı üçün Zitta da sarmaşığı parçalayır) DETAY 4.Martini Cemmanı yazmış olduğu ilk tənqidi məqaləni dəyişdirməsi üçün göndərir.Baxın onda Ovod payızgülü yəni xrizantema çiçəyinin yarpaqlarını yolur.Eynilə 19 yaşında gənc Arturun Montaelli ilə söhbəti zamanı yolduğu kimi)Elə ona görə də bu anda Cemmaya o Artur kimi görünür) "İşte bu hüzünlü çiçeğin hikayeleri böyle. Ne olursa olsun güzelliği göz kamaştıran bu çiçek, içinde hem mutluluk hem de acı barındıran tek duygu olan aşkı en güzel simgeleyen çiçeklerden biri olmuştur.Genel olarak hüznün ve üzüntünün çiçeği olarak bilinen kasımpatı (krizantem) çiçeği, mutsuz anların temsilcisidir." Və Artur nə vaxt həyəcanlı və kədərli olsa gül yarpaqlarını yolurdu)Deyəsən intiqamını ancaq belə ala bilirmiş. DETAY 5.Sonra Cemma və ovod ilk dəfə qarşılaşanda Cemma həyətdə idi.Hansı ki həmin həyətdə nar ağacı,kameliya və zanbaq var idi.Cemma sağollaşanda nar ağacının altında idilər.Ovodun səsini eşidəndəysə kameliyanın. "Göz kamaştırıcı güzelliğe sahip olan çiçek türlerinden biri olan kamelya çiçeğinin anlamı: "Kaderim sizin elinizde” demektir. Ayrıca kamelya çiçeği kokusuz olması sebebiyle kişiye; "güzel kokunuzu bu çiçeğe veriniz ki bu muhteşem güzellikteki çiçek kokunuz ile tamamlansın" mesajını verir. Zambak çiçeği saflığı ve aşkı temsil eder. Bunun yanında bir de kadınlığı temsil etmektedir. Zambak, kadınlığın simgesi olarak yer edinmiştir çünkü onun şekil, renk farklılıkları ve tatlı kokusu insanların bu çiçeği bu şekilde yorumlamasına sebep olmuştur. Tespit ettiğimiz metinlerde narın mitolojik kökeni olağanüstü güç ve güzellik, bolluk ve bereket, kutsal ağaç hayat/bilgi ağacı, kötü iyeleri uzaklaştıran nazar sembolü ve zürriyet sahibi olma özellikleriyle karşımıza çıkmaktadır." Burda məncə ən qəşəngi kamelya idi.Artur cemmanın əlini öpdüyü gecə də onun qoxusunu sevmişdi) DETAY 6.Ovodu öldürdükdən sonra təkidlə əncir ağacının altında dəfn edirlər. "Mit dünyasında incir ağacı, zeytin ve üzüm ağaçlarıyla beraber "varlığı" ve "bereketi” sembolize ediyor. İncir ağacının gölgesinde oturmak ya da bunların meyvelerinden tatmak dingin, huzur dolu bir var oluşu tatmak anlamına geliyor. İnsanlığın ilk giysisi olan yapraklar, üç dinin de kutsadığı bu ağaçtan koparılmış." Ateist birini son mənzilə belə dini qaydalarla yola salırlar :) Ovod kitabını oxuyan oxucular 2 hissəyə ayrılır 1.Arturun duğularını yaşayanlar.Onunla gülüb,onunla ağlayan,ağrılarını hiss edən,onunla birgə nifrət edən və sevən,onunla birlikdə qısqanan oxucular... 2.Duyğulara deyil əsərin satirasına önəm verən oxucular.Hansı ki,həmin oxucular italiya inqilabının tarixinə,vətənini talan edən "yerlilərə",azadlıq uğrunda mübarizə aparan həmvətənlilərə,həmçinin həmin dövrün siyasətinə və dinə köklənirlər. Mən birinci qəbildən olan oxuculardanam)Məncə əsər məhz Arturun hisslərini bizə ötürmək üçün yazılıb.Həmin Artur ki,ingilis olmasına baxmayaraq İtaliya uğrunda mübarizə aparır.Mən Arturu çox çox sevdim.Hətta Ovodda belə Arturu görə bilirdim :)
Ethel Lilian Voynich
Ethel Lilian Voynich
Ovod
Ovod
ömrünüz boyunca ən azından bir dəfə oxumalı olduğunuz kitablardandır...
Ovod
OvodEthel Lilian Voynich · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20221,821 okunma
·
175 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.