Haqlıdır. Biz artıq gənc deyilik. Biz artıq ömrümüzü döyüşlərə həsr etmək istəmirik. Biz fərarilərik. Biz özümüzdən, öz həyatımızdan qaçırıq. Bizim on səkkiz yaşımız vardı, dünyanı, həyatı yenicə sevməyə başlamışdıq, lakin bizi bütün bunlara atəş açmağa məcbur etdilər. Partlayan ilk mərmi ürəyimizə dəydi. Biz artıq ağıllı fəaliyyətdən, insani təşəbbüslərdən, tərəqqidən uzaq düşmüşük. Biz artıq bunlara inanmırıq. Biz sadəcə müharibəyə inanırıq.
-Tələbə olmaq çox da yaxşı şey deyil. Pulun yoxdursa, canın çıxsın işlə.
- Yox, tələbəlik o qədər də pis deyil. Ancaq orada da cəfəng şeylərdən dərs keçirlər.
Qəbiristanın altı üstünə çevrilib. Hər tərəfə dağılmış tabutlar və meyitlər sərələnib. Onlar yenidən öldülər; lakin hər parçalanmış cəsəd bizdən kimisə xilas etdi.