Mavi

Mavi
@Maviiland_
Söylesene yağmur iyi insanların gözleri neden hep sana benzer?)
Yola düşəndə biz sadəcə əsgərik; bir qədər qaşqabaqlı, bir qədər şən adamlar, lakin cəbhə xəttinə daxil olan kimi hər birimiz yarı insana, yarı yırtıcıya dönürük.
Sayfa 63·Kitabı okudu
Reklam
Torpaqdan və havadan ruhumuza özünü müdafiə qüvvəsi axıb gəlir, ən çox da torpaqdan. Torpaq əsgər üçün hər şeydən əhəmiyyətlidir. Yağış kimi yağan top atəşlərinin saçdığı ölüm qorxusu altında əsgərin üzü, bütün bədən üzvləri uzun zaman torpağa möhkəmcə sarılaraq, onun dərin qatlarına nüfuz edir və bu anlarda əsgərin yeganə dostuna, qardaşına, anasına çevrilir. O öz qorxusunu, içindən qopan hıçqırtını torpağın sükutuna boşaldır, torpaq bunları sorur, yenidən, on saniyəlik həyat üçün geri qaytarır və bu aralıqda bir çoxų artıq əbədi olaraq torpağa qovuşur. Ah torpaq, torpaq, torpaq! Sənin köstəbək kimi içinə soxulmağa enişlərin, yoxuşların, oyuqların, dəliklərin var! Torpaq! Biz qorxunun dadına baxanda, ölümün üstümüzə şığıyan pəncəsini görəndə, gözlərimizi partlayışların ölüm doğuran nəriltilərnə qıyanda sən bizə yenidən qovuşduğumuz həyatın dünyalara dəyən sevincini bağışlayırdın! Torpaq! Pərən-pərən salınmış ümidlərin dəli qasırğası səndə əriyir, sənə pənah aparan ovuclarımıza dolur və əldə edilmiş bir anlıq xoşbəxtlik içərisində sənə gömülür, dodaqlarımız sənə yapışırdı!
Sayfa 62·Kitabı okudu
İnsan hər şeydən əvvəl bir vəhşidir, ədəbi, tərbiyəni isə, kökəyə yağ çəkmək kimi, sonradan öyrənib. Hərbi qulluq bir nəfərin başqaları üzərində hökmranlıq etməyidir.
Sayfa 52·Kitabı okudu
İnsanlar bərabər olsaydı əgər, Olmazdı dünyada müharibələr.
Sayfa 49·Kitabı okudu
Əlimdən heç nə gəlmir və bu məni daha çox üzür.
Sayfa 39·Kitabı okudu
Reklam