Mavi

Mavi
@Maviiland_
Söylesene yağmur iyi insanların gözleri neden hep sana benzer?)
Onlar hələ də məqalələr yazıb, gözəl nitqlər söylədikləri vaxt biz hospitalları və həlak olanları gördük, onlar: "Dövlətə xidmət etmək ən müqəddəs vəzifədir!" - deyib, bağırdıqları zaman, biz ölüm qarşısındakı qorxunun bu vəzifədən daha güclü olduğunu anladıq. Məhz buna görə biz iğtişaşçı, fərari, qorxaq onlar belə ləqəblərə həvəslə can atırdılar - olmadıq! Biz də onlar kimi vətənimizi sevir, bu səbəbdən hər cür hücuma cəsarətlə atılırdıq, lakin artıq gözlərimiz açılmışdı, birdən-birə yeni nəzərlə baxmağı öyrənmişik. Biz onların dünyasından artıq heç nə qalmadığını görürdük. Qəfildən dəhşət içərisində tək olduğumuzu hiss etdik; biz bunun öhdəsindən təkbaşına gəlməliydik.
Sayfa 23·Kitabı okudu
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Mahiyyət etibarı ilə yoxsul və sadə adamlar daha düşüncəli çıxdılar, onlar dərhal müharibəni bədbəxtlik kimi qəbul etdilər, halbuki, müharibənin nəticəsini qabaqcadan dərk edən varlı balaları sevincdən yerə göyə sığmırdılar.
Sayfa 23·Kitabı okudu
Ötən müddət ərzində biz yalnız utanmaq hissini deyil, başqa şeyləri də unutmuşduq. Az sonra çox şey bizdən ötrü adiləşmişdi.
Sayfa 18·Kitabı okudu
Adamın çox yatmağa imkanı olsa,müharibə o qədər də ağır şey deyil.
Sayfa 12·Kitabı okudu
Qoyun heç vaxt sallaqxanaya necə aparılacağını təsvir edə bilməz.
Sayfa 8·Kitabı okudu