Gönderi

Hara baxdımsa, yalnız ölülər və yox olanlarla rastlaşdım. Bəşəriyyət beş qitəyə yayılmış sayı milyardlara çatan nəhəng ölü toplumlardan başqa bir şey deyil. Komediyadır! Dünya həqiqətən də, tez-tez deyildiyi kimi, bir səhnədir, insanlar bu səhnədə dayanmadan məşq edirlər. Bu elə bir yerdir ki, daim danışmağı öyrənmək, yeriməyi öyrənmək, düşünməyi öyrənmək, əzbərdən öyrənmək, yalanı öyrənmək, ölməyi öyrənmək, ölüb getməyi öyrənməklə vaxtımızı alır. İnsanlar da, elə bizə tanış olan səhnələri ifa edən aktyorlardır. Rollarını öyrənirlər. Bizim hər birimiz sürəkli bir neçə, ya da bütün ağlagələn rolları öyrənirik. Bunları nə üçün və ya kimin üçün öyrəndiyimizi belə bilmirik. Bu səhnə öz-özlüyündə bir işgəncədir və heç kəs ordakı çıxışından həzz almır.
Sayfa 155 - Alatoran
·
15 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.