Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

148 syf.
·
Puan vermedi
Şərqin Məhəmməd,İsa,Konfutsi,Budda və s.kimi mistik filosoflarından fərqli olaraq, Lao Tzı dünya fəlsəfəsinə və ümumən bəşər mədəniyyətinə çox da təsir göstərə bilməyərək,lokal hadisə,fenomen çərçivəsində də qalır. Halbuki ayrıca bir fəlsəfi sistem, həyat tərzi və dinin əsasını qoymuşdu. Lao Tzı ekzistensiyanın bütün aspektlərinə aid özünəməxsus toxunuşları, fərqli təfəkkür nümunəsi vardı.Ancaq diqqət yetirsək,konfutsiçilikdən fərqli olaraq,burada sosial-siyasi baxımdan sanki ciddi işlənilmədiyini görmək olar. Daosizm elmi-texniki inkişafın əleyhinədir.Sadə həyat düzənin pozulmasına qarşıdır.Bu, ruhani bir praktika, insanın fərdi təmizlənməsinə xidmət edən fəlsəfədir.Dünya isə özünə başqa bir inkişaf dao'su(yolu)seçdi. Bəs niyə onun fəlsəfəsi hətta çinlilər üçün belə anlaşılmaz qaldı? Başqaları doludan danışanda,Lao Tzı boşluğun əhəmiyyətindən, hamı iş görmək, yeni bir şeylərə can atmaqdan bəhs edərkən,o, heç bir şey etməyib fəaliyyətsiz olmağın faydalarını göstərirdi. Hamı mübarizəyə çağırırkən, Lao Tzı təslimiyyətə sığınıb hərəkətli dünyanın ağuşuna hərəkətsiz cisimdə bənd olmağa səsləyirdi.(Əslində,bu baxımdan bizə bir növ nihilizmi xatırladır.) Mədəniyyət kişilik kultuna tapınarkən, Lao Tzı -"qadınlıqdan bəhrələnin,"- deyirdi.Daosizm insanların vəhdətdən yararlanması üçün patriarxal təfəkkürün eşitmək,anlamaq istəmədiyi dildə danışır. Onun bu günə qədər «anlaşılmaz», «yad» qalmasının əsas səbəbi də elə budur. «Varlığın kökü yoxluqdur.» Bu fikri daosizm deyir.Və qadın Yoxluğu-Varlığın kökünü təmsil edir.Qadını varlıq(kişi)meyarları ilə dəyərləndirmək, onun dəyərini, həyatda oynadığı funksiyanı, təmsil etdiyi hikməti anlamamaqdır.Kişi varlıqda varlığı təmsil edirsə, qadın varlıqda yoxluğu təmsil edir. Onun mürəkkəbliyi də bununla bağlıdır. Lao Tzının tanrısı daodur və ona çatmaq üçün varlığın kölgədə qalan aspektinə yiyələnmək lazımdır, yəni qadınlığa... (PS:O,ömrünün sonlarına yaxın Çini tərk etmək qərarına gəlir.Sərhəddə sərkərdə onun müdrik olduğunu anlayıb xahiş edir ki,ölkəni tərk etmədən öncə öz müdrikliyindən miras qoysun.Bir gecəyə 5000 heroqlifdən ibarət "Daosizm"i yazaraq ölkəni tərk edir). #
Daosizm
DaosizmLao Tzu · Teas Press · 201737 okunma
·
1 artı 1'leme
·
30 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.