Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

424 syf.
9/10 puan verdi
·
Beğendi
·
44 günde okudu
Salam dostlarHər vaxtınız kitab! Bu gün Rövşən Abdullaoğlunun "Relslər üzərinə uzanmış adam" romanıyla gəldim. Bu yazıçının oxuduğum 4 cü kitabıdır. Kitab "Readers Favorite" təşkilatçılığla keçirilən müsabiqədə qızıl medala layiq görülüb. Kitabda dramatik,pisixoloji,romantik janrlar öz əksini tapıb.Müharibənin dağıdıcı gücünü ancaq bu qədər yazmaq olardı... Qadınlara,uşaqlara edilən işgəncələr, sonrasında yaranmış travmalar,neçə-neçə həyatların məhvi... Hər bir hissə ayrı şəkildə insanın qanını dondururdu. Əminlə Adriananın eşqi o qədər gözəl qələmə alınıb ki... oxuyanda insanı sıxmır, yormur. Eyni zamanda Ted'in uşaq yaşından bu qədər məsuliyyəti daşıması,hətda atasına belə ata olması o qədər təsir etdi ki mənə. Ümumi olaraq sujet xətti möhtəşəm bir əsəriydi. Ancaq təbiki qüsursuz kitab yoxdur)) Sevmədiyim bir neçə nüans oldu. Əsərdə yazıçı bir çox mövzulara toxunub. Bu təbiki gözəl və bolca müzakirə ediləcək mövzulardı. Ancaq işlənməsi sujet xətti üçün əhəmiyyətli deyildi mənə görə.Məsələn yazıçılarla bağlı olan hissə. Olmasada olardı. Düzdü ayrıca mövzu olaraq baxsaq maraqlıydı. Ancaq əsərlə bütövləşmirdi. Bu cür hissələrə yazarın "Bu şəhərdə kimsə yoxdur " romanındada rast gəlmişəm. Və düzü bu cür hissələr çoxaldıqca insanı sıxır ,yorur. Əsas məğzə qayıtmaq istəyirsən. O an sənin üçün tək maraqlı olan şey əsərin gedişatı olur,məlumatlar deyil... Adriananın atasıyla qarşılaşdığı hissə məncə çox qısa kəsildi... o hissəni dolu dolu oxumağı, Adriananın atasının peşmançılığını daha dolğun oxumağı çox istəyərdim. Faruqun dəfn edildiyi hissəni oxuyanda elə bil başımdan aşağı qaynar su tökdülər bir an əlim ayağım boşaldı. "Aman Allah bu nəydi" deyə evdə dolanmağa başladım Özümü toparlayıb ardını oxumağa başlayanda bunu sadəcə Faruqun xəyalı olduğunu gördüm bütün əsəb sistemim ,pisixologiyam alt üst oldu. Tedin(dorianın) ipləri açdığı hissədə ürəyimin səsini özüm eşidirdim çox həyəcan vericiydi. Qısaca bu romanı oxuduqda özünüzü "Relslər üzərinə uzanmış adam" kimi hissedəcəksiniz!!! Oxuyun oxutdurun! Qüsursuz kitab yoxdur! Qüsurlarıyla sevin kitabları! Kitabla qalın !Salamat qalın!
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,036 okunma
·
1 artı 1'leme
·
150 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.