Bir İdam Mahkûmunun Son Günü
Bir idam mahkumunun son günü mənə bir cinayətkarın
nələr yaşadığını, hansı duyğular keçirdiyini çox yaxşı hiss etdirdi. mən ümumiyyətlə, cinayətkarların həmişə günahkar, pis, ürəksiz, duyğusuz olduqlarını, yəni onlara nə cəza verilirsə, layiq olduqlarını düşünürdüm, amma bunun belə olmadığını gördüm. Əvvəl belə düşündüyüm üçün peşman oldum çünki hər kəs də eyni olmur amma empatiya hissim daha da artdı, onları daha yaxşı başa düşdüm.
Digər tərəfdən cəmiyyətin nə qədər qəddar olması məni çox sarsıtdı yəni necə bi insanın başqasının ölümünə bu qədər sevinə bilər? Və bundan həzz ala bilər ?.Cinayətkarların nə qədər pis olduğunu düşünsəm də onların bu şəkildə ölməsinə heç vaxt razı ola bilməzdim, yaxşıkı ölüm cəzası artıq bir çox ölkədə tətbiq olunmur amma hələdə bu qanun olan ölkələr var
Bir cümlə var idi kitabda "Dəmir barmaqlıqların gücünə güvənmirsinizsə, zooparkları necə açırsınız?"həqiqətəndə öldürmək əvəzinə ömürlük cəza verin yox əgər desəniz ki qaça bilərlər onda gözətçilərinizi yaxşı edin