Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

492 syf.
10/10 puan verdi
·
Beğendi
Bu, hamının "Kavga"sıdır.
Karl Ove Knausgaard “Kavgam” seriyasında eşq, ölüm, ailə kimi heç kimin həyat çərçivəsinin kənarında qalmayan mövzulardan danışır. Amma elə-belə danışıq deyil bu. Detallıca, dərinə gedərək danışır. Mən seriyanın ilk kitabını bitirdim. Hekayə uşaqlığından başlayır. Fikirləşdim ki, yəqin, elə bu ancaq o dövrləri əhatə edər. Sonrakı seriyalar da evlənməsi, ata olması, yazarlığı və.s. Amma düşündüyüm kimi xronoloji ardıcıllıqla davam eləmədi. Kitabda zaman keçidləri o qədər çoxdur ki, uşaqlığını oxuyanda bir anda yazıçılıq vaxtına getdim. Ya da yazıçılıqdan danışanda özümü atasının ölüm anında tapdım. Bir növ zamanda səyahət elətdirir Karl Ove. Məsələ burasındadır ki, o keçidlərin arasında itmirsən. İtməyi keçirəm, mövzu dəyişikliyini heç hiss eləmirsən belə. Bir də ayılırsan ki, 20-30 səhifə başqa bir şey oxumusan. Bu belə davam edir. Deyirsən, yaxşı, bir də bu tələyə düşməyəcəm. Yenə düşürsən, sonra yenə. Axırda təslim olub davam edirsən. Bir az da hekayədən danışım. Əslində çox sadədir. Adam ancaq gündəlik həyatından danışır. Amma xüsusiliyi ondadır ki, bu gündəlik şeylərə fərqli bir baxış da qatır. Daha dərin, daha intellektual bir baxış. Daxili düşüncələri ilə çatdırır onları da. Biraz indinin gündəlik həyatı, biraz daxili düşüncələr. Biraz keçmişin gündəlik həyatı, biraz daxili düşüncələr. Yazıçı hekayəsini bu paralellikdə yavaş-yavaş açır. Kitab boyunca nə qədər Karl Ove-un həyatını oxusam da, sanki bir az da öz həyatımı oxuyuram kimi oldu. Bu biraz subyektiv məsələdir. Uşaqlığımız, ailə münasibətlərimizdəki eyniliklər geridə qalan həyatımı rentgen kimi qabağıma qoydu, gələcəklə bağlı da “spoiler” verdi. Kitabın içinə girmə səbəbim bu deyil. Onunla, yaşadıqları ilə heç bir əlaqəsi olmayan kimsə də hekayənin atmosferinə asan düşə bilər. Çünki yazılanlar çox həyatidir. Eyni olmasa belə, fərqli şəkildə yaşanır.
Kavgam
KavgamKarl Ove Knausgaard · Monokl Yayınları · 2015512 okunma
·
62 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.