Marafonun 3-cü kitabını da bitirdim. Ən çox vaxt ayırdığım bu kitab oldu hələki. Xəstəliyimlə əlaqədar bir neçə gün oxuya bilmədim. İkinci oxuya başlayanda yəqin bu kitabdan başlayaram, çünki ara verib oxuyanda boşluğa düşürəm, hadisələrin sırası yadımdan çıxa bilir. Kitabda hər kəsin həyatı təsir edir lakin mənə ən çox təsir edən İsrafil və Qasımın taleyi oldu. Mehdinin də kim olduğunu onsuz da təxmin edirdim. Ancaq yenə də kitabın bir neçə yerində hadisələrin gözləmədiyim , ağlıma gəlməyəcək nəticələri və səbəbləri vardı.