Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Lap uşaqlıqdan mən həyatın əzab və məşəqqətləri içində daha canlı, daha ləyaqətli görünən qəhrəmanları sevərdim. Mən istəyərdim oxuduğum əsərin qəhrəmanı sehrkar bir cazibədarlıqla məni çəkib ardınca aparsın. Qorxulu uçurumlardan, alovlardan keçirsin. Mənə yalnız gül ləçəklərinin naxışlarındakı heyrətli ahəngi deyil, eyni zamanda, həyatın boz üzünü göstərsin, amansız sitəmlərini hiss etdirsin. Mən yalqızlığı sevmirəm. Mən həyatda da bütün düymələri öz yerində olan, plakat kimi cansıxıcı adamlara nifrət edirəm.
·
105 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.