Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Salam şair...
Salam, şair, darıxıram, bu təklik Yenə məni üzüyumşaq tanıdı. Yenə payız, yenə soyuq, yenə mən Yenə yerim sobaların yanıdı Hələ sənə demədiyim bir gerçək Hələ sənə açmadığım yalan var Düz bir ildi yuxu yata bilmirəm Qorxuram ki, yastığımda ilan var Ağ tük tapdım arasından saçımın Qoparmadım, saxlamışam, çoxalsın Otuz ildə cavan qalıb, neynədim? Canı çıxsın, saçlarımın, qocalsın. Gəl, bir gün oturaq qədəh-qədəhə Görək, göz yaşından nə qalır, şair? İçimdə ən məsum mələklər ölür, Ən gözəl qadınlar qocalır, şair!
Günel Mövlud
Günel Mövlud
·1 alıntı·
1 artı 1'leme
·
125 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.