Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

1.Avqust...
Xatırlamaq daha çətin yoxsa unutmaq ? Söylə mənə hansı daha ağır? Ya da xatırlayaraq unutmaq... Bu qədər zamandan sonra günün sonunda səni xatırlamaq keçmişdən gələcəyə bir gün ötürmək kimidir. Sanki o günü yaşamısan yenidən yaşayırsan. Avqust ayını heç sevmirəm. Nədənsə bütün bədbəxtliklər o an da. Hər kəs də noyabrın bir hüznü yaşanarkən mən hələ də illərdir avqust ayın da qalmışam. O ay çatan da düşünürəm ki , sanki bir bədbəxtlik hökm sürəcək. Nədənsə də düşündüyüm kimi də olur. Hər il avqust ayı məndən bir sevdiyimi qoparır. Bu ayda yay bitir artıq payız fəsli başlanır lakin daha çox qışı xatırladır sanki Dekabr ayının ən soyuq ən şaxtalı günləri başlayır bu ayda. İnsanlardan qopuram, heç xatırlanmayacaq dərəcə də tez , külək sərt şəkildə üzümə qapını çırpır bu aya məni həbs edir. Sonralarda isə ucqar bir kəndin daxmasın da qayğısız, sevgisiz, bir şəkildə özümü tapıram , nə təsadüf necə də mənə uşaqlıq illərimi xatırladır. Neçə yaşım olduğunu xatırlamıram , məndən soruşsanız indi də neçə yaşım olduğunu bilmirəm. O il tam da avqust ayında özümü ən qayğısız hiss etdiyim günlərdən biri idi. Həmin gün mənə o qayığını hər gün aşılayan birini itirmişdim. 8/8/18/28 bu 8 həyatımın ən uğursuz rəqəmi , uğursuz rəqəm də olar heç ? Deməyin. Olarmış , hələ bir uğursuzluq 28 də qalıb ümid edirəm dərddən ölmərəm. İllər , insanlar , düşüncələr mənim üçün əvəz edilməz üçlük. İndi çox qarışıq düşüncələrdəyəm sonra davam edərəm.... #Avqust1
·
45 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.