Ən sevimli yazarlarımdan biri olan James Dashnerin müəllifliyi ilə yazılan "Oyun ustası" seriyasının ilk kitabını bitirdim bu gün.
(️️Mövzusu; Michael Virtual Şəbəkədə dostları Bryson və Sarah ilə oyunlar oynayır və dərinliyə girəcəyi günü gözləyir. Və bu yaxınlarda şahidi olduğu bir hadisədən sonra dostlarının dəstəyinə hər zamankindən daha çox ehtiyacı var. "Virtual Network Security" gənc oyunçunun qapısını döyəndə məlum olur ki, onlar oyunçuları qorxudan terrorçu Kaineni tapmaq üçün onun hakerlik bacarığından istifadə etmək istəyirlər. Bu məqsədlə yoldaşları ilə birlikdə Yola addımlayan Michael, fiziki və ruhi mübarizələr nəticəsində çoxlu itki, ağrı və yorğunluq yaşayacaq.)
Mənim baxışım; J.Dashner yenə hər bölümündə bizi təəccübləndirən bir kitab yazmağı bacarıb. Hadisələr gözünüzün önündə gerçəkləşirmiş kimi hiss edəcəksiniz. Bilim-qurğu, fantaziya və macəra. Hər üçünün birləşdiyi bir kitab️.