Gönderi

Qar dənələrini seyr edərkən birdən fikir verdim ki, o yan-bu yana şütüyən insanlara heç baxmıram. O çılğın bəyazlığın dalğaları arasında boğulmamaq üçün qaçışırdılar. Ora-bura qaçmaq yaxşı şeydir, insana yaşadığını hiss etdirir. Onsuz da ora-bura qaçaraq yaşayır, qaçaraq hiss edirdilər... Hamısı bir tikə çörək hayında idi. Daş dövründən bəri onlardan uzaq düşən, heç cür əlləri çatmayan o çörəyin dərdində idilər. Gecəqonduda, hələ gecəqondu nədir, üstü tənəkə ilə örtülmüş, birotaqlı, işıqsız-susuz "ev"lərə sığınanlar da, lüksdən də lüks iqamətgahlarda yaşayanlar da o çörəyin dalınca qaçışırdılar...
·
1 plus 1
·
46 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.