Sıxılmadan oxuduğum kitablardan biri oldiu. Əsər baş qəhramının özünə düşkünlüyündən yüksək eqosundan bəhs edir. Daha çox narsisizm janrlı bir əsərdi. Elə əsər də Narsisizmin adını götürdüyü Narkisos hekayəsinə bənzərdi.
Romanı daha yaxşı anlamaq üçün bu hekayəni də oxumağı məsləhət görərdim. O hekayədə də olduğu kimi roman gözəlliyin və estetikin eqoizmlə görüşməsi üzərinə yazılıb. Öz gözəlliyini narsisizm halına gətirmiş olan Dorian, vücudunun çirkinləşməməsi üçün ruhunun çirkənləşməsinə razı olur. O nə yaşlanmır nə də çirkinliyinin heç bir detalını simasında daşımır. Roman Basil adlı rəssamın dostu Dorianın portretini yaratması ilə başlayır. Bu əsərdən sonra öz gözəlliyinə aşiq olan Dorian ruhunun bütün pisliklərinin və yaşlılığın gətirdigi bütün cizgilərin bu əsərə yansımasını dua edir. Və Dorianın əsl hekayəsi bundan sonra başlayır…