Gönderi

704 syf.
10/10 puan verdi
·
Beğendi
·
34 günde okudu
Salamlar hamıya Oblomovun görəcək çox işi var. Yeni mənzilə köçməlidir vaxtı uzadır, nisyə etdiyi bazarlığın pulunu gecikdirir, ondan cavab gözləyən kəndxudaya məktub yazmaqda tələsmir. Evdə, yataqda keçirir zamanını. Oblomovun uşaqlığı Oblomovkada keçmişdir. Oblomov burda həyatdan yeni heç nə gözləməyən, hətta yenilikdən qorxan ailəsinin arasında böyümüşdür. Ver yeyim, ört yatım şəraitində uşaqlıq yaşayan Oblomov böyüyəndə addım ata bilməyən birinə, çevrilmiş, fərd olmağı bacarmamışdır. Qulluqçusu Zaxar Oblomovdan geri qalmır. Zaxar ağasının əmrlərinə tabe olmayaraq, söz güləşdirərək əlini ağdan qaraya vurmur. Oblomov ilə Zaxarın dialoqlarına səsli güldüm. Dostu Andrey onun düşdüyü vəziyyətə Oblomovçuluq adını vermişdir. Tənbəlliyin şüurlu halına Oblomovçuluq deyilir. Mən də arada Oblomov modunda oluram. Yaxşı ki, kitabı oxuyanda Oblomov moduna düşmədim. Yoxsa Tolstoyun "Dəhşət içində, təkrar və təkrar oxuyuram" dediyi, rus ədəbiyyatının ən önəmli əsərlərindən biri hesab olunan "Oblomovu" yarımçıq qoyardım ya da heç oxumağa başlamayaraq böyük səhvə yol verərdim. Oblomov sevimli obrazlarımdan birinə çevrildi. Əsər özü isə bu il oxuduğum ən yaxşı üç kitab siyahısına düşdü. P.S Redaktədə bəzən səhvlər gözə çarpır.
Oblomov
Oblomovİvan Gonçarov · Qanun Nəşriyyatı · 201439,8bin okunma
·
89 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.