Gönderi

Yalan, ölüm ayağında ətrafındakılardan gördüyü, onun dəhşətli ölüm mərasimini özlərinin hər cür qəbulları, ziyafətləri, divar örtükləri, qonaqlıqda süfrəyə gətirilən nərə balığı səviyyəsinə endirməli olan bu yalan İvan İliçə çox əzab verirdi. İvan İliç çağırıb demək istəyirdi ki, bəsdir yalan danışdınız, siz də bilirsiniz, mən də yaxşı bilirəm ki, ölürəm, heç olmasa ölüm ayağında mənə yalan satmaqdan usanın. Amma bu sözləri deməyə heç vaxt cürəti çatmırdı.
·
15 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.