Gönderi

1/10 puan verdi
Astronomiyanı dinə bağlayan o kitab
Normalda bəyənmədiyim yaxud yarımçıq qoyduğum kitablara rəy bildirmirəm, amma geriyə dönüb baxanda niyə yarımçıq qoyduğumu xatırlamaram deyə oxuduğum qədərilə fikir bildirmək istədim. Kitabın mövzusu və ilk 30-40 səhifə çox marağımı çəkdi, ümumiyyətlə, bürclər mübahisəli bir mövzu olduğu üçün bu barədə oxumaq istəyirdim. Bu kitabı görəndə çox həyəcanlandım. Lakin kitab ilk hissələrdən sonra vikipediya məqaləsinə çevrildi. Həddən artıq dinlə əlaqələndirmə və müxtəlif adlar qeyd edilmişdi. Bəzi səhifələrdə sadəcə mövzu ilə əlaqəli adların siyahısı var idi. Dinlə əlaqələndirmə olmasında problem yoxdur, sadəcə kitab demək olar ki, bu mövzu üzərinə yazılmışdı. Bu səbəbdən sadəcə bir mənbəyə əsaslanaraq faktların təqdim edilməsi sıxdı. Çünki dinlər özü də mübahisəli mövzudur və inancla əlaqəlidir. Bir sözlə, kitabdan istədiyimi ala bilmədim.
Ulduz Elmi və Orta əsrlər Azərbaycan ədəbiyyatı
Ulduz Elmi və Orta əsrlər Azərbaycan ədəbiyyatıFirudin Qurbansoy · Teas Press · 09 okunma
·
73 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.