Gönderi

”"Həqiqət və yalan əkiz bacılardır. Biri o birindən nə yaxşıdır, nə də pis. Bunlar üzərində bütün dəyərlərimizin dayandığı iki monolitdir. Həqiqətsiz ailə nəyə lazımdır? Onlar bir-birini necə sevdiklərini heç vaxt dillərinə gətirməyən yad adamlardır. Bəs yalansız ailə nə deməkdir? Məgər onlar hərdən bir-birilərinə xəyanət edən, nifrət bəsləyən, bir-birilərini aldadan adamlar deyil? Həqiqətsiz həyatın mənası nədir? Bu, illüziyalar, təriqətlər, ideologiyalar, siyasətçilərin yalanları üzündən baş verən müharibələr, yalançı peyğəmbərlər və insanların aldadılmasıdır. Bəs yalansız həyatın mənası nədir? Bu hər hansı bir mənası, nağılı, əfsanəsi, incəsənəti olmayan bir həyatdır. Bəs sevgi nədir? Məgər o, yalanla həqiqətin ideal nisbəti deyilmi? Çin fəlsəfəsində "İn-Yan" hərfi olaraq şər və xeyir kimi, kişi və qadın kimi yox, həqiqət və yalan kimi tərcümə olunur. Hər həqiqətdə bir parça yalan, hər yalanda bir həqiqət payı var. Bəs sevgi nədir? Sevgi yalan danışmaq və aldana bilmək bacarığıdır.””
Sayfa 371 - Teas PressKitabı okudu
·
69 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.