Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

QARAQAN (ELXAN ZEYNALLI) - ART VƏ XAOS
Qaraqan
Qaraqan
-
Art və Xaos
Art və Xaos
Kitap bilgileri: •Original name: Art və Xaos •Writer: Elxan Zeynallı •Publication date: 2019 mart •Genre: Roman •Country: Azərbaycan --------------------------------------------------------------------------- •My score: 10/10 •Edition: 2 ---------------------------------------------------------------------------- Not Açıklama notları: 📍Demo - Hər hansı bir məhsulun ilkin, sınaq versiyası. 📍İntrovert - Qapalı; tənhalıq və rahatlıq sevən. 📍Hipster - Xüsusi geyim tərzi olan, alternativ musiqiyə və müasir incəsənətə üstünlük verən gənclər. 📍Banksy (ing.) - Küçə rəsmləri və heykəlləri ilə bütün dünyada məşhur olan, adını gizli saxlayan rəssam, rejissor və siyasi aktivistin təxəllüsüdür. 📍Loft - Sənaye müəssisələrinin üst mərtəbəsinin yaşayış mənzili, emalatxana və s. üçün yenidən qurulmasına əsaslanan memarlıq üslubu. 📍Dredli - Çoxlu buruqlar şəklində saç düzümü. 📍Pranker - Telefon dələduzu. 📍Blokbaster - Geniş auditoriya üçün nəzərdə tutulmuş bahalı bədii film. 📍Panç layn - Repdə gözlənilməz məna, söz oyunu, yaxud zarafatın ifadə olunduğu sətir. 📍Nimfoman - Cinsi əlaqəyə ifrat meyilliliyi olan qadın. 📍Braunston - XIX əsrdə və XX əsrin əvvəllərində Amerikada qəhvəyi qumdaşından tikilmiş evlər. 📍Speak easy - Qadağan olunmuş içkilərin satışı ilə məşğul olan müəssisə. 📍Jack Daniels - Viski markası. 📍EB1 - Qeyri-adi qabiliyyət sahibi olan insanlara ABŞ-da daimi yaşamaq hüququ verən viza. 📍Gyro - Yunan mətbəxinə aid, dönər, yaxud şaurmaya bənzər yemək növü. Əlavə notlar: 📍Amerika qanunlarına görə, sən 21 yaşınadək mağazadan heç pivə də ala bilməzsən. 📍New- York'da sənin haralı olduğun hardan gəldiyin heç kimə maraqlı deyil. 📍Ümumiyyətlə, "blyad" Bibliyadan gələn sözdür. Allahın doğru yolunu itirən. 📍Musiqiçilər tritonu həm də "iblis akkordu" adlandırır. Hətta orta əsrlərdə bu akkord şeytani bir şey kimi kilsə tərəfindən qadağan olunubmuş. 📍Nudist - Çılpaq formada gəzməkdən narahat olmayan insan. 📍Kabriolet - Üstü açılan avtomobil 📍Ekzistensial böhran - İntellektual dairələrdə dəbdə olan ifadə. 📍Rəqəmsal başdaşları - Sosial şəbəkələr. 📍Amerikalılar bir-birilərini elə tez-tez tərifləyirlər ki, mən özümü qiymətləndirmə sistemimi tamamilə itirirəm. Onlar bir-birinin üzünə gülümsəyir, xoş sözlər deyirlər. Məsələn, salfetin üstünə balaca bir fil şəkli çəksən, onu elə tərifləyəcəklər ki, sən həmin salfeti eksponat kimi MoMA-ya' (New - York İncəsənət Muzeyi) göndərmək fikrinə düşəcəksən. 📍Sudomun - Bibliyaya əsasən, sakinlərinin pozğun həyat tərzinə görə Allah tərəfindən məhv edilmiş şəhər. 📍Ayahuaska, başqa sözlə, DMT (Dimetiltriptamin) ən güclü hallüsinogenik alkaloidlərdəndir. 📍İstənilən qapalı sistemdə entropiya tədricən artır və ən yüksək həddə çatır. Entropiya xaosun sistemə keçməsi prosesini səciyyələndirir. Entropiya dağıdıcı başlanğıcın təcəssümüdür. Termodinamikanın II qanunu Lap aforizm kimi səslənir, elə deyilmi? 📍Bilirsən, deyirlər insanın bioloji günü təxminən 36 saat çəkir. Həm də planetimizin 24 saatlıq dövrü ilə üst-üstə düşmür. Elə bil biz bura tamamilə başqa saat dövrü olan ayrı bir planetdən gəlmişik. Tap görüm hansı planetdə bir sutka 36 saat çəkir? Marsda! Bizim hüceyrələrimizin saatları Yer ilə işləyir. 📍New - York həyatın mənasının itməsi üçün ideal şəhərdir. Burada mənəvi boşluğu ikiqat burgerlərlə doldura bilərsiniz. 📍Cənubi Amerika qəbilələri arasında yalnız çoxlu hərf yığını ilə izah edilə bilən belə bir anlayış var - "mamihlapinatapai". Onun hərfi mənası belədir: iki nəfər diqqətlə bir-birinin gözünün içinə baxır, ikisi də eyni şeyi istədiklərini başa düşür, amma heç biri o birinə yaxınlaşmağa və ilk addımı atmağa cürət etmir. 📍Bundan əlavə, pornonun cinayət hesab edildiyi Sovet İttifaqında milis işçiləri məhz bu üsuldan tez- tez istifadə edirdilər. Onlar işıqları qəfildən söndürür və kimi isə pornoya baxdığı yerdə tutmaq üçün mənzilləri yoxlayırdılar. 📍Orgiya - 1. Qədim Şərq, yunan, Roma allahlarına sitayişlə bağlı keçirilən bayram mərasimləri. 2. Azğın kef məclisi.
·
95 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.