Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

192 syf.
9/10 puan verdi
·
Beğendi
"Oxucularımdan isə əsərdə yaşımın çoxluğu və xəstəliyimdən irəli gələn qüsurlar varsa, bağışlamalarını əvvəlcədən xahiş edirəm." İsmayıl Şıxlı, o qədər gözəl hekayə anlamağı, ele axıcı dili var ki, nə yazsa maraqla oxuyaram. Əsərdə gözəl Azərbaycanımız, xalqımız və onların başında olan qara buludlar ötən əsrin əvvəllərindəki halında təsvir olunub. Əsərin müxtəlif hissələrində müxtəlif hekayələri olan müxtəlif insanlara toxunur yazıçı. Nişanlısı ilə xoşbəxt olmaq istəyən qız, xalqı maarifləndirmək istəyən gənc müəllim, müstəqil Azərbaycan dövlətində yaşamaq istəyən vətənsevər, insanlara şəfa vermək istəyən həkim kimi fərqli-fərqli obrazların ortaq olan 1 cəhəti var ki, heç biri həyatdan istədiyini ala bilmir. Ədəbiyyatımız gözəldi, oxuyaq oxutduraq.
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021236 okunma
·
108 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.