Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

10/10 puan verdi
Biz böyüklər uşaqlardan çox şey öyrənə bilirik....
Zeze dostluğu, sevgini,  sədaqəti, mərhəməti, məsumiyyəti və bir çox insani keyfiyyəti balaca qəlbində birləşdirən 5 yaşlı uşaqdır. Bizlərə, böyüklərə, valideynlərə dərs olacaq 5 yaşlı uşaq... Onun həyatın çətinlikləri ilə mübarizəsi , ağlı, biliyi gözəl ürəyi məni heyran eləyir. Ağıllı olduğu qədərdə dəcəldir Zeze. Buna görə  də atası, bacısı tərəfindən döyülür, qonşuları,  yaxınları isə onu bu dəcəlliyinə görə " şeytanın oğlu " adlandırırlar. Əslində isə Zeze bir mələkdir. Zeze özünə 2 dost seçir: Portuga və Şirin portağal fidanı. Onun xəyal gücü o qədər genişdir ki, hər gün başına gələnləri  öz fidanı ilə danışır və ondan məsləhətlər alır. Həyat isə acımasız olduğunu Zezeyə dəfələrlə xatırladır. Əvvəlcə onun dostu Portuganı, sonra isə portağal fidanını ondan alır. Bütün bu hadisələrdən sonra Zeze özünü tənha hiss edir və kədərə qapılır. Avtobioqrafik kitabları sevirəm. Bu kitablardan gözəl dostlar qazanmaq olur ki, bunlardan biri də
Şəkər Portağalı
Şəkər Portağalı
Şəkər portağalıdır. Kitabı hər oxuduğumda dolu-dolu ,bütün hissləri yaşayaraq oxuyuram. Kitabın içinə daxil olub, Zeze'ni saatlarla qucaqlamaq, onu dinləmək istəyirəm. Kitab oxunaqlı və qısa həcmlididir. Hərkəsə tövsiyə edirəm. Kitabın 2-ci və 3-cü hissələri Zezenin böyük yaşlarını təsvir edir , amma Zeze hamının ağlında və qəlbində 5 yaşlı uşaq kimi qalacaq...
Şəkər Portağalı
Şəkər PortağalıJosé Mauro de Vasconcelos · Qanun Nəşriyyatı · 2022231,3bin okunma
·
1 artı 1'leme
·
185 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.