Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

·
Puan vermedi
Bu gün rus ədəbiyyatının ən məşhur hekayə yazarlarından biri olan Aleksandr Puşkinin "Yüz başının kızı" kitabını təhlil edəcəm. Kitabın mövzusu:Andrey Petroviç Grinyov 17.yüz illikdə olan müharibədə iştirak edərək şücaətlə vuruşub.Onun oğlu Pyotr Andrey Grinyov da onun yoluyla gedir.Daha doğrusu o dünyaya gəlməzdən əvvəl artıq gələcəkdəki işi müəyyənləşdirilmiş olur.Gənc subay Petersburg xəyalları qurarkən bir anda özünü Orenburg'da tapır.Atası onun əsl əsgər kimi böyüməsini istədiyi üçün daha əlverişsiz bir yerə göndərilməsini tələb etmişdi.Beləliklə bizim subay təlim almaq üçün uzaq bir bölgədə yerləşən Belogorsk qalasına gedir.Burada yüzbaşı İvan Kuzmiç'in tabeliyində təlim almağa başlayır.Bu arada sevgi toxumları onun qəlbinə səpilmiş,rişə atmaqdaydı.Pyotr yüzbaşının qızı Marya İvanovna'ya könül vermişdi. Qeyd edim ki,əsərdə bir yanında vətən sədaqəti,vətənə olan borcunu ödəməli olan,digər tərəfdə isə sevdiyi qadının həyatı ona bağlı olan bir Pyotr görəcəyik.Hekayə sadə ancaq bir o qədər də təsirli idi.Hər bölümə xüsusi bir ad seçilməsi və atalar sözlərindən istifadə edilməsi xüsusilə xoş idi.Əgər diqqətli olsaz bölüm başlarındakı atalar sözlərinin "açarsöz" rolunu oynadığını görərsiz)Yəni bölüm başlanğıcındakı atalar sözləri,o cümlədən türkülər bölümün məğzindən xəbər verir.Xüsusilə də hekayənin gerçəkdə də yaşanmış olduğunu biləndə daha da təsirləndim.Yazıçı bizə həmin dövrün şəraitini həqiqətən də əks etdirməyi bacarıb.Nə də olsa Gogol Puşkin üçün "olağanüstü olaydır" ,Dostoyevski isə "Puşkin bizə gələcəkdən xəbər verən bir peyğəmbərdir" deyib. Əsərdə olan bir hadisəyə əsasən deyə bilərik ki,"Elə bir yaxşılıq edin ki,illər sonra belə xatırlansın"
Yüzbaşının Kızı
Yüzbaşının KızıAleksandr Puşkin · Karbon Kitaplar · 201929,1bin okunma
·
43 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.