Puan vermedi·536 syf.··Beğendi
···Okunma: 25 Aralık 2023 20:38 19-cu əsr Amerika həyatını əks etdirən bir əsər..
Zənginlik və yoxsulluq arasındakı dərin uçurum mükəmməl şəkildə təsvir edilir, əhvalatlar insanın psixologiyasına təsir edir. Kerrinin Çikaqodakı ilk teatr təcrübəsini xüsusi maraqla oxudum. Bir də, Herstvudla birlikdə Çikaqodan getdikləri hissə.
Hər şey taledən asılıdır. Kim deyərdi ki, Çikaqonun zəngin bar müdiri illər sonra Nyu-Yorkda dilənçinin biri olacaq? Ya kim deyərdi ki, yoxsul, çarəsiz gənc qız illər sonra zəngin və məşhur aktrisa olacaq? Hə, bir də illər keçsə də, həyatında heç bir dəyişiklik olmayanlar da var; Çarlz Drue kimi.
Roman çox maraqlıdır, oxuyacaq olanlara xoş mütaliələr...♡