Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

244 syf.
10/10 puan verdi
·
21 günde okudu
Spoiler
Maraqla, hər bir cümləsini ehtiyyatla oxuduğum kitablardan biri oldu ki, bu cür həvəslə oxuduğum kitab sayı azdır. Doğrusu nə vaxtsa adını eşitdiyim üçün "yəqin yaxşı olarda" deyib kitabxanadan təsadüfən seçdiyim bir kitab idi və məğzindən xəbərdar deyildim. Əsərə marağımı oyadan ən önəmli personaj Bazarov oldu. Onun nihilist olması mənim üçün gözlənilməz idi və bu xırdaca məqam kitabdan gözləntimi birə beş artırdı. "Turgenev, bura kimi yaxşı gətirmisən, xahiş edirəm axırın zay eləmə" deyirdim istəmsizcə. Sağolsun o da məni məyus etmədi və sonluğu da bəyəndim. Ümumiyyətlə, bir çox məqamı ilə həyəcanlandıran kitab idi. İstər Bazarovun Feniçka ilə gizli münasibəti, istər Pavel Petroviç ilə duelləri, çox şey ürəyin istəyən idi. Əslində bütün bu hadisələrə maraq qatan Bazarovun özü idi. Nihilistlər ilə liberalların qarşıdurması da çox gözəl əks olunmuşdu. Hamının qarşısında aciz olduğu, söz çatdıra bilmədiyi nihilist Bazarov tək bir qüvvənin qarşısında aciz qaldı, onu inkar edə bilmədi: Sevgini. Bir daha sevginin insanın ən gücsüz, ən zəif tərəfi olduğunu xatırlatdı Turgenev. Nihilist olsanız belə.
Atalar və Oğullar
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 201644,8bin okunma
·
1 artı 1'leme
·
43 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.