Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Sanki anam mənimlə danışırmışcasına
Sən də nə olursa olsun yaşamağı seç qızım.Həyat deyilən bu hədiyyə atın dişinə baxmadan,paketdən nə çıxarsa çıxsın cəsarətlə qarşıla.Həyat çətinliklərə rəğmən deyil,çətinliklər olduğu üçün də yaşamağa dəyər,bu sözümü kənara atma. Yaxşılığa inan qızım. Yaxşılıq zəiflik deyildir ,əsl zəiflik yaxşılığı zəiflik görməkdir,bunu heç unutma. İnsanın içində yaxşı da var, pis də.Pisliklə qarşılaşdığında yaxşının da var olduğunu xatırlat özünə.Səni təhdid edənlər varsa avazın çıxdığı qədər bağır,nə badə kimsə eşitməz deyə geri çəkilib durma.Haqsızlığa məruz qaldığında susma. Sakit durmaq məğlub olmaqdır.Əzildiyin yerdə durma,başqa bir yol mütləq vardır qızım. Ətrafında səni sarılıb -sarmalayacaq gözəl insanlar olacaq,qaranlıq və qorxulu yollarda gedərkən onlara güvənəcəksən. Başqalarına acılarını göstərmək yaralarını sardırmaq zəiflik deyildir,əksinə güclü biri olduğunun göstəricisidir.Amma öncə özünə yetinməyi öyrən.Özünə yetinməyi önəmsə.Öncə özünə yurd ol.Özünə yurd ol ki,sən də zamanı gələndə başqalarına yurd ola biləsən.Əsla yalnız olmadığını bil,amma yalnız olmağıda öyrən qızım..
·
27 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.