Gönderi

96 syf.
8/10 puan verdi
115 il keçib amma kitabdakı insanların düşüncə tərzləri mənə heç yad gəlmədi. Zahirimiz dəyişib, batinimiz olduğu kimi qalıb. Diqqət!!! Kitabı oxuyarkən içinizdəki feminist ruh əsəbdən intihar edə bilər. "Siz tək camaatın da igidi mən tək olar" Real olmayan ideal qəhrəman siyahasına əçavə edildi: Kefli İsgəndər. Kitabın önsözü: Camaatın cahilliyindən istifadə edərək və dini əlində bəhanə tutaraq məzlumların başına müsibətlər gətirən fırıldaqçı Şeyx Nəsrullah və onun köməkçisi Şeyx Əhməd, cəmiyyətin bütün rəzilliklərini görən və onların səbəblərini anlayan kefli İsgəndər, "ölü dirilərmi?" şübhəsində çaşbaş qalmış Hacı Həsən ağa "Ölülər" pyesinin bədii personajlarıdır. Cəlil Məmmədquluzadə əsərdə camaatın cahilliyini, avamlığını, elmsizliyini və mərifətsizliyini tənqid edir. Pyesdə Kefli İsgəndər fırıldaqçı Şeyx Nəsrullaha qarşı qoyulur.
Ölülər
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 0771 okunma
·
55 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.