Gönderi

Sevmişəm səni
İlk bahar çağında, əriyəndə qar, Açanda yarpaqlar, sevmişəm səni. Olanda yamyaşıl dərələr, dağlar, Axanda bulaqlar, sevmişəm səni. Keçən təmtəraqlı bu gəncliyimdə, Mən ilk sevincimdə sevmişəm səni. Görsəm də əzablar dəcəlliyində, Şeirtək içimdə sevmişəm səni. Uca dağ döşündə açanda güllər, Dinəndə bülbüllər, sevmişəm səni. Gələndə ilhama eşqi-könüllər, Dil açsın qoy dillər, sevmişəm səni. Sənin saçlarında gəzəndə əlim, Söylədi ki dilim: Sevmişəm səni. Sevincdən titrədi, əsdi qələmim, Danışdı aləmim: Sevmişəm səni.
Tofiq Hüseynzadə
Tofiq Hüseynzadə
·
1 plus 1
·
473 views
Kitabsever okurunun profil resmi
Dost, sevgi bu qədər gözəldir madəm, niyə sevdalı ürəklərə ox atılır?
Nahid okurunun profil resmi
#217889437 Həsəd, kin, nifrət, çəkəməməzlik gözəl olana belə ox atdırır...
1 next answer
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.