Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

272 syf.
·
Puan vermedi
Spoiler
Yenə soyuq payız günlərindən birində Qanbay Qasımlı ilə səyahətə çıxmışdım :) Kitabın mövzusu:Rusiyada baş vermiş müəammalı bir qətl yerli hakimiyyət orqanları tərəfindən araşdırılsa da,bir nəticə əldə edilmir.Öldürülən şəxslər Rusiya və Ermənistan,nəzərdə tutulan qatil isə Azərbaycan vətəndaşı olur.Beləliklə Rusiyada yaşayan ermənilər azərbaycanlılara qarşı təxribat törətdikləri üçün vəziyyət gərginləşir.Burada olan Azərbaycan səfirliyinin nümayəndəsi vəziyyətin heç də ürəkaçan olmadığını anlayaraq Bakıyla əlaqə saxlayır.Beləliklə,onlar bu müəammalı qətlin həll edilməsi üçün xəfiyyə göndərirlər.Rusiyaya Bakıdan gələn xəfiyyə-Qanbay Qasımlı... Yazıçımız bu kitabında da çox incə mövzulara toxunub.Hətta vurğulanmış hadisələr sazın telləri qədər incədir deyə bilərəmİlk öncə Azərbaycan-Ermənistan arasındakı münaqişəyə,ermənilərin pis xislətinə toxululub.Çox şükür ki,bu günkü dövrdə hər şey geridə qalıb.Biz öz torpaqlarımızdayıq.Can,qan,gözyaşı hesabına alınmış torpaqlarda Azərbaycan bayrağı dalğalanır Daha sonra yenədə əxlaq motivi işlənib.Hansı ki,Elnarə xanımın evlənmədən cinsi əlaqədə olması həmin motivin əsasını təşkil edir.Görəsən Qasımlı Elnarənin belə hərəkət etdiyini bilsəydi,yenə eyni cür davrana bilərdi ona?) Elnarə obrazı öz saf və məsumluğu,xoş niyyəti ilə seçilən biridir.Həqiqətən kitabda mənimdə ən sevdiyim obrazlardan biri olub.Ancaq etdiyi hərəkət mənə görə də doğru deyildi.Düzdü mən mentalitetçi biri deyiləm.Ancaq anormal olan hadisələrin cəmiyyət və zəmanə(dövr) tərəfindən normallaşdırılması tərəfdarı da deyiləm.Cəmiyyət belə düşündüyü üçün yox,mən belə hiss etdiyim üçün Elnarənin hərəkətini yanlış sayıram. Ramazan obrazının layiq olduğu sonu yaşadığını düşünürəm.Nə əkərsən,onu da biçərsən burda deyiblər)Düzü Elnarə ilə evlənməsi məni təəccübləndirdi.Çünki kişilərin çox azı bu mövzuda verdiyi sözə əməl edir.Hərçənd Ramazana "kişi" demək də istəmirəm.Ona görə ki,heç bir kişi ayrılmış olsa belə öz xanımının arxasınca biədəb,nalayiq sözlər deyib onu ləkələməyə çalışmaz.Üstəlik heç bir günahı yoxkən.Həmçinin insanda azda olsa utanc,minnət duyğusu olmalıdı. Ramazanda isə bunların heç biri yox idi.Elnarə bir kənara Seymur ona nə qədər yaxşılıq etmişdi.Yenədə onun arxasınca danışır,orda burda pisləyirdi.Nəticədə həyat bumeranqdı elə deyil?Nə olursa olsun,deyilmiş hər söz,edilmiş hər hərəkət insana geri qayıdır.Çalışaq ki,bumeranqımızın geri dönüşü Ramazanınkı kimi olmasın)) Seymur obrazı da sevdiklərimdən oldu.Onun əzminə,iradəsinə,səbrinə,mərdliyinə heyran olmamaq əldə deyil.Xüsusilədə həyatını oxuyanda çox təsirləndim.Heç nəyi olmayan bir gənc böyük xəyallar qurur.Deyirlər insan böyükdükcə xəyalları kiçilir :) Seymurda isə belə deyildi.O tək çıxış yolunun özü olduğunu bilirdi.Özü işləməsə,hərəkətə keçməsə həyatın ona heç nə verməyəcəyini bilirdi.Elə buna görə də,səbr etdi.Əziyyət çəkib öz firmasını qurmağı bacardı.Seymur nadir kişilərdəndir ki,həmdə insan olmağı bacarıb.Bəlkə də,etdiyi yaxşılıqların qarşılığı olaraq Allah onu böyük fəlakətlərdən qoruyur,xoşbəxtliyini müdafiə edirdi.Bəlkə ona görə də,Seymurun qış aylarında yaz günəşi gözləmək kimi bir haqqı var idi :) Natiq obrazının bacısına olan diqqətini sevdim.Hansı ki,kəndlərinə gedəndə onu özüylə birlikdə Altaya aparması Elnarənin həyatını xilas etdi deyə bilərik.Bir insan nə qədər öz evində yad kimi yaşayıb əziyyət çəkə bilərdi ki?Yaxşı ki,Elnarənin yanında Natiq kimi bir qardaşı varıydı.Burdan bir daha anlayırıq ki,valideyn övladın dayağıdı,təməlidi.Valideynsiz uşaq təməli olmayan binaya bənzəyir.Gec-tez yıxılmağa məcburdu... Natiqin Nataşa ilə olan münasibəti isə mənə görə təsdiqləməyəcəyim bir şeydi.Nəticədə mentalitetdən danışırıqsa,ədalətli olmağı bacarmalıyıqAncaq yaxşı ki,Natiq Nataşayla evləndi...Onun Sergey kimi biri ilə yaşamağı həqiqətən də ədalətsiz olardı. Sergey obrazı qədər iyrəndiyim çox az kitab obrazı olub yəqin ki.Kaşki Sergey kimilər sadəcə təxəyyül məhsulu olaraq qalsaydı.Kaşki sadəcə şüuraltının yaratmış olduğu bir siluet olsaydı.Ancaq təəssüf ki belə deyil.Elatlının yaratmış olduğu demək olarki bütün obrazlar real həyatda var.Bütün yaxşısı və pisi,doğrusu və əyrisiylə real həyatdadı belə insanlar. Və sona Qanbay Qasımlı obrazını saxladım)Bu kitabda Qasımlının tamamilə fərqli bir yanını gördüm.Yorğun,bezmiş,həyata ümidi olmayan bir Qasımlı...Bəzən məşhur xəfiyyəmizin də insan olduğunu unuduruq deyəsən...Qasımlı həyatın ilk zərbəsini uşaqlıq illərində alıb.Ana və atasını qaz partlaması nəticəsində itirib.Nə olursa olsun bu o yaşdakı bir uşaq üçün travmadı.Daha sonra ailəsini təkrar itirərək yeni bir travma daha alıb.Ailəsi-qızı və həyat yoldaşı erməni dəstə başçısı tərəfindən öldürülür.Bu Qasımlı üçün daha ağır bir yaradır məncə.Çünki valideynlərini itirməsi acımasız fələyin oynadığı bir oyun idi.Qızı və yoldaşının ölümü isə pis xislətli insan övladının acımasızlığı idi.Daha sonra Qasımlı xəfiyyə olduğu üçün o qədər fərqli insan tipiylə qarşılaşır ki,qəlbi daşlaşmağa məhkum olur.Onun həyatı seçim deyil məcburiyyət üzərinə qurulub.Və Elnarə ona həyatda hər şeyin o qədər də pis olmadığını,nə olursa olsun yaşamağa dəyər bir yer olduğunu demədən deyir :) "Gelecek sonu olmayan karanlık bir geçitti yalnızca" deyirlər.Qasımlı o tunelin sonunu görmək üçün tələsməməyi seçdi
Bakıdan Gələn Xəfiyyə
Bakıdan Gələn XəfiyyəElxan Elatlı · Elgün Nəşriyyat · 2011857 okunma
27 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.